Sən və mən.

“Sən və mən”

Düşünürəm “sən və mən” haqqında
Sevgi dolu mənə baxan gözlərini.
Düşünürəm hər kəlmənin arxasında
Gizli qalan o sevginin izlərini.
Söylə, gülüm!
Təsadüfən sən adımı eşidəndə,
Nə baş verir sənə məxsus bir ürəyin
mənə məxsus hissəsində?
Yağışını leysan edən bulud kimi
dolub-boşalırmı qəlbin?
Yoxsa məni xəyal kimi, röya kimi
yada salıb unudursan?
Düşünürəm…düşündükcə anlayıram
Mənə baxan o gözlərin
söylədiyi hər kəlməni.
Bilirəm ki, ürəyində
gizli-gizli söyləyirsən.
Anla artıq mənim səni
nə qədər çox sevdiyimi.

Ruhəngiz Hacıyeva…

Şeir Kateqoriya: | 5 Şərh

Üskülü Mərziyə…

Bir milləti tarixdən silmək üçün onun hər bir fərdini tək-tək öldürmək lazım deyil. Dilini öldürsən yetər…Quzeyə, Güneyə bölünməsi yetməzmiş kimi dilini də parçalamaq istəyiblər bu vətənin. Razılaşıb axına uyanlar da olub, razılaşmayıb üsyan edənlər də. Türklüyünü müdafiə edən, dilinə sahib çıxan soydaşlarımızı İran rejimi daima susdurmağa çalışıb. O susdurulan səslərdən biri də Mərziyə olub. Üskülü Mərziyə…

Üskülü Mərziyə.

Üskülü Mərziyə.

Mərziyə Əhmədi Üskülü 1324-cü ildə (1945 ) Üsküdə əkinçi ailəsində anadan olub. Təhsilini Təbrizdə alan Mərziyə elə burada da sol düşüncə ilə tanış olub.
Təhsilini başa vurduqdan sonra Mərziyə Üskü məktəblərinin birində ibtidai siniflərə dərs keçməyə başlayır. 3 illik müəllimlik həyatı boyunca Mərziyə dərs keçdiyi uşaqların ailələri və onların dərdləri ilə də yaxından tanış olur. Daha sonra Təbrizdə Universitetə daxil olur. Oxumaqla yanaşı müəllimliyə də davam edir. Kəndli uşaqlar üçün kitab evləri yaratmağa başlayır.
Tələbə aksiyalarının çoxunda iştirak edən Mərziyə 1349-cu ilin (1970) mart ayında baş vermiş tələbə aksiyasını özü təşkil edir. Bundan sonra “savak” (şahlıq zamanı İranıın kəşfiyyat təşkilatı) tərəfindən izlənməyə başlanır. Ancaq tələbələr arasında böyük hörmətə və nüfuza malik oldugundan onlar Mərziyəni həbs etməkdən vaz keçirlər. Çünki bu yeni aksiyaların təşkil olunmasına gətirib çıxara bilərdi.
1350-ci il (1971) may ayında “savak” tərəfindən tutulur və uzun sorğu-sualdan sonra buraxılır, ancaq Üsküyə sürgün edilir. Buradaykən o, həm ədəbi yazılar yazır, həm də tələbələrin siyasi cəhətdən maariflənməsinə çalışırdı. Şeirlərində daima ürəyindəki “Ana dili” yanğısını dilə gətirir, məktəblərdə Ana dili altında fars dilinin öyrədilməsi ilə barışmırdı.
Niyə mənim anam “madər”,
Atam “pədər” – olsun?
Bu dolaşıq ticarətdə
Niyə mənim doğmalarım
Özgəsinin tapdağında hədər olsun?
Niyə yadın bəhməzinə “bal” deməli?
Öz aşıma “yal” deməli?
Niyə mənim ana dilim
Gəlmə dilin qabağında
Titim-titim titrəməli?
Niyə doğmam yad olmalı?
Öz sözlərim öz dilimdən qovulmalı?
Ey “Anamın kitabı”nda adı qalan
Doğma ikən, ögey olan
Sinə dağım.
Ey bu günü dilim-dilim
Parçalanan ana dilim.
Sinəsində od qalanan ana dilim.
Qapıların arxasında
Boynu bükük qalan dilim.
Var ikən yox olan dilim.
Ayaqlarda kilim dilim.
Vuruşlarda bir qəhrəman,
Barışlarda həlim dilim!
Dünəni möhtəşəm, sabahı nurlu,
Indisi tapdanıb ovulan dilim
Analı, atalı, a yetim dilim!
Şərəfim, şöhrətim, qeyrətim dilim.
( “Xatirat dəftəri”ndən. 1971-ci il (1350) )

1352-ci ildə o “xalqın fədai çərikləri” dəstəsinə qoşulur. Bundan sonra xalqın milli azadlığı və fars şovinizminə qarşı savaşır. 1353-cü ildə dəstənin bir üzvü başqa bir üzvlə görüşmək üçün yola çıxır. Bu görüşdən xəbər tutan “savak” məmurları hər tərəfə silahlı nümayəndələrini yerləşdirir. Bundan xəbər tutan Mərziyə yoldaşına xəbərdarlıq etmək üçün həmin bölgəyə gedir və onu tapıb məsələdən xəbərdar edir. Ancaq bu da onları ölümdən xilas etmir. Belə ki, atışma başlanır və Mərziyə da öz silahi ilə bu savaşda igidcəsinə döyüşür və ürəyindən yaralanaraq həyatını itirir.
“Nağıllarımı yaşamımla yazmaq istəyirəm” deyirdi Mərziyə…yaşadı və nağılını yaratdı…

Ruhəngiz Hacıyeva

Yazi  24-30 iyun 2012-ci il  tarixində “Türküstan” qəzetində yayımlanıb.
555153_443729832327614_505747290_n

 

Qadinlar Kateqoriya: | , , , , , , , , ilə etiketləndi | 11 Şərh

Uşaqlığı işğal illərinə düşənlərin Qarabağ sevinci…

Qarabağ Azərbaycandır! Qələbə bizimdir!

Uşaqlığı torpaqlarının işğal tarixini əzbərləməklə keçən bir nəsil üçün bu cümlələrin dəyəri bilirsinizmi nədir? Bu cümlə təkcə bizim tarixi qələbimizin xəbərçisi deyil. Bu cümlə həm də xalqına “yenilməzlik” mifi danışan ermənilərin məğlubiyyətidir. Haqqın nahaqqa qalib gəlməsidir. Xocalının illərdir qanayan yarasına məlhəmdir bu cümlə. Biz Xocalı deyəndə yalnız faciə xatırlayan adamlarıq. Elə ona görə də “Xocalının kəndləri alınıb” xəbərini eşidəndə bilmədik sevinək, ya necə edək? Axı Xocalı demək soyqırım demək idi. Xocalı göz yaşı idi, qan idi. Xocalı misligörünməmiş vəhşilik idi – erməni vəhşiliyi. Xocalı güllələnmiş vücudu fevral soyuğunda buz kimi donan qıvrım saçlı, qara qaşlı, qara gözlü o qız idi. İndi ruhun şaddırmı, balaca qız? Uşaq ruhun qələbəyə sevinirmi görən?  

Artıq xəbər saytlarında “Şuşanın işğaldan sonrakı fotoları”, “Ağdamdan ən son görüntülər” başlıqlı xəbərlər oxumayacağıq.

90-cı illərdə o çətin şərtlərdə son damla qanına qədər savaşan, amma haqqı nahaqqın ayağına verənlərin ucbatından istədiyinə çata bilməyən məğrur döyüşçülərin ruhu qarşısındakı vəfa borcunu ödədi bu Vətən. İndi şəhid anaları övladlarının məzarını ziyarət edəndə boynubükük qalmayacaq.

Qələbə xəbəri az da olsa yanğılarına məlhəm oldumu, görəsən? Baladan pay verib bu analar. Haqları ödənərmi? Ödənməz!

Şəhid, şəhidin həyat yoldaşı, şəhid övladı ifadəsini eşitdikcə üzərində ayaq basdığımız torpağın hər qarışında sizin qanınız, canınız olduğunu bir daha dərk edəcəyik, igidlər.

Qalib ölkənin övladları artıq qələbə günlərinin tarixini əzbərləyəcəklər.

Məktəb vaxtı arzularımı yazıb gizlədirdim. Hansı yerinə yetirdisə, kağızın sonuna “oldu” yazırdım. “Qarabağ” o arzuların ən gözəli idi. 2 yanvar 2001-ci ildə, 15 yaşımda bir kağıza “Mən istəyirəm ki, torpaqlarımız erməni işğalçılarının əsarəti altından qurtarılsın. Qaçqınlar yurd-yuvalarına geri dönsünlər” – yazmışam. İndi o kağızın arxasına “oldu” yazmaq zamanıdır. Mənim arzum gerçəkləşdi. Xəstə təfəkkürlü düşmənin arzuları isə, necə dəyərlər, cəhənnəmə getdi.

Bu günü yaşadan Orduya eşq olsun! 

Ruhəngiz Hacıyeva

Uncategorized Kateqoriya: | Bir şərh yazın

Skoliozla mübarizə ayına – iyuna ithafən…

IMG_20190628_223822_670Ömrüm boyu nə qeyri-simmetrik çiyinlərimdən, nə də qabarıq kürək sümüyümdən utandım. Onları gizlətməyə çalışmadım. Saçlarımı uzatdım, ancaq kürəyimi örtmək üçün yox, uzun saçı sevdiyim üçün. Karsetlə məktəbə gedəndə başqalarının bilərəkdən kürəyimə yavaşca toxunub “əyninə nəsə geyinib” demələrinə əsla fikir vermədim. Əksinə, “bilmək istəyirsənsə, deyim, bədənimdə karset var” deyib gülümsəyirdim. İndi də gülümsəyirəm, bütün olmazlara inad. Əldə etdiyim hər şeyi, təhsilimi, işimi, dostlarımı o gülümsəməyə borcluyam. Həyat kədərlənmək üçün çox qısadır. Və mən bu dar zamana ağlamağı, üzülməyi sığdıra bilmərəm.  Baxmayaraq ki, bunun üçün kifayət qədər bəhanəm var idi. Çünki ağrıdan ağlamağı belə unutduğum zamanlar olurdu. Hər gecə karsetin yara etdiyi kürəyimin üstə taxta yataqda yatmaq elə də asan deyildi.  Buna valideynlərin çəkdiyi əzabı da əlavə etsək, depressiv, sulugöz olmaq üçün əsaslarım var idi demək olar. Amma mən heç birini seçmədim. Gülümsəməyi və xoşbəxt olmağı seçdim. Olduğum kimi sevdim özümü. Sağ çiyni soldan hündür, sağ kürək sümüyü soldakından qabarıq, onurğası sağ tərəfə əyilmiş şəkildə… Sağlı-sollu sevdim özümü. Əyri-üyrü ☺Bədənimi yox, ruhumu gözəlləşdirməyi hədəf seçdim.Hüqonun da dediyi kimi “sadəcə bədənləri, görüntüləri sevənlərə əfsuslar olsun. Ölüm hər şeyi yox edəcək.  Ruhları sevməyi sınayın”. Ürəyimizdə daşıdıqlarımızın rəngi üzümüzdə əks olunur, ürəyimizdən muğayat olaq. Onu gözəlləşdirək ki, ruhumuz çiçək kimi olsun. Bədənlərimiz bir az fərqli də olsa olar…😉 #skolioz
#onurgadanibaretdeyilsenbizimkideeyriolsunnolajax 😜

Umumi Kateqoriya: | , ilə etiketləndi | Bir şərh yazın

Kəndinə iynənin ucundan baxmaq…

“Şuşanın işğaldan sonrakı fotoları”, “Ağdamdan ən son görüntülər”…Sənə məxsus olan ən kiçik əşyadan tutmuş doğulduğun torpağa, böyüdüyün evə qədər hər şeyə uzaqdan baxmaqdır bunun adı. Hər gün keçib getdiyin palçıqlı küçə, əlinin toxunduğu paslı dəmir qapı üçün darıxmaqdır bu şəkillərə baxmaq.

İnsan illərlə yaşadığı evi satıb daha yaxşı mənzil alanda belə, köhnə qonşuları, köhnə yuvası üçün darıxır. Hətta daha yaxşısı da hər qarışında xatirə yatan köhnələri unutdurmur. Adının qarşısında qaçqın, məcburi köçkün statusu olanlar bunu hər kəsdən daha yaxşı bilir.   

Naxçıvanda Duzdağa Cəbrayıldan məcburi köçkün olan 60-70 yaşlarında bir qadın gəlmişdi. Ağır dərəcəli astma idi və nəfəs almaqda çətinlik çəkirdi. O vəziyyətdə Bakıya qayıtmaq üçün avtobusa bilet almışdı. Niyə təyyarəylə getmirsiz, bu vəziyyətdə 11 saat necə yol gedəcəksiniz? – deyə soruşdum. Cavabı belə oldu: “Avtobusla gedəndə kəndimiz uzaqdan görünür”. Bu sözləri deyəndə gözlərinin içi gülən bu qadın dünya boyda kədərinə iynə ucu qədər sevinc qatmışdı. 

Ruhəngiz Hacıyeva

 

Uncategorized Kateqoriya: | Bir şərh yazın

Pərinuş Sənii – Mənim payım…

Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir. (L.Tolstoy) Yəqin elə buna görədir ki, bədbəxtlik üzərində qurulan bütün əsərlər sarsıdıcı və yaddaqalan olur. Pərinuş Səniinin “Mənim payım” əsəri də belə oldu mənim üçün. Kitabın üzərində “İran həyatından 50 il” yazılsa da, məncə, Məsumənin həyatı təkcə İran qadınlarının yox, dünya var olandan bəri yaşayan bütün bədbəxt qadınların taleyidir. Əsərdə bəhsi keçən inqilab, çevriliş və müharibənin yaratdığı maddi, mənəvi itkilər, onların insana yaşatdığı sarsıntılar bizə o qədər də yad deyil. Çünki biz də müharibənin, bir quruluşun başqası ilə dəyişməyinin, insanların öz azadlıqları üçün nələrdən vaz keçdiklərinin şahidi olmuşuq.  Mənə ən çox təsir edən bütün bunların fonunda bir qadının bədbəxtliyidir.  Ənənələrin, çərçivələrin boğduğu Məsumənin yalnızlığını, nakam sevgisini yazar o qədər gözəl ifadə edib ki… O, əvvəlcə qardaşlarının, sonra həyat yoldaşının, sonra da övladlarının onun üçün seçdiyi həyatı yaşamalı olur. Oxumaq üçün min bir əziyyətdən keçən bir qızı sevdiyi üçün döyüb məktəbdən çıxarırlar və tanımadığı birinə ərə verirlər. Toy gecəsi qorxudan titrəyən Məsuməni anlayışla qarşılayan, ona oxumaq, həyatda öz ayaqları üstündə dayanmaq üçün mübariz olmağın yollarını izah edən Həmid bir çox qadının arzuladığı kişidir bəlkə də. Ancaq o da bütün həyatını öz idealları uğrunda qurban verir. Qardaşları tərəfindən döyülən, söyülən Məsumə ərin zorakılığına məruz qalmır. Buna baxmayaraq, bir qadın kimi onu xoşbəxt saymaq olmaz. İllərlə 3 uşağı ilə zülmlərdən keçib həyatdan tutunur, yarımçıq qalan məktəbini bitirir, universitetə qəbul olur. Və nəhayət 33 il sonra 16 yaşındakı ilk və tək sevgisi Səid ilə qovuşmaq şansı yarananda övladları ona mane olur. “Atamın şəhid xatirəsinə bunu necə edə bilərsən?”, “El bizə nə deyər, hamı səni xanım-xatun hesab edir”, “Bu yaşdan sonra sənə yaraşmaz ailə qurmaq”, “Nəyin əskikdir ki, bizim bir əlimiz sənin üzərində olacaq”  və s. kimi düşüncələr onu yenə sevdiyi insandan ayırır. Bu fikirlər bizim cəmiyyət üçün də yad deyil. Boşanmış, həyat yoldaşı ölən qadın ailə quranda birmənalı qarşılanmır. Eyni vəziyyətdə olan kişi üçünsə evlənməyi özündən əvvəl ətrafı düşünür. Halbuki sevmək, qayğı, diqqət görmək təkcə kişinin yox, qadının da haqqıdır. Ancaq Məsumə bütün bəxtsiz qadınlar kimi o xoşbəxtliyə çata bilmir. Çünki ömrünü sərf etdiyi övladları da müəyyən mənada eqoist olur. Çərçivələrdə, qadağalarda boğulan bütün cəmiyyətlərin fərdləri kimi…

Kitab, Qadinlar Kateqoriya: | , , , , , , , ilə etiketləndi | Bir şərh yazın

Gəncə məhəllələrinin fərqli hekayələri…

Deyilənə görə vaxtilə Gəncədə 100-dən artıq məhəllə olub. Hər birinin öz unikal adı olan bu məhəllələrdən bəziləri bu günümüzə də gəlib çatıb. Qədim məhəllələrin çoxu adını orada yaşayan sənətkarlardan alıb. Məsələn, Aşıqlar məhəlləsi kimi…Bu məhəllə indiki Mikayıl Müşfiq küçəsinin Vatutin küçəsi ilə kəsişməsindən başlayıb, Şərəfxanlı küçəsinin kəsişməsində qurtarır. Burada Aşıq İbrahim, Aşıq Qara, Aşıq Zeynal, Aşıq Ağarza kimi məşhur saz ustadları yaşayıb. Ancaq məhəllə bu adı almazdan əvvəl iki fərqli adla anılıb.

Namlet Allahverdiyev AMEA-nın Gəncə Bölməsinin elmi işçisi, tarixçi: “O küçə Ziyadoğullarının yaşadığı İç qala ərazisinə daxil olanda ora Qala deyilirdi. Sonra 1895-ci ildə orada Çar Rusiyası bir həbsxana tikdi. O həbsxana da həmin Qala ərazisində olduğu üçün yenə də bu məhəllə Qala adlandırıldı. Sonra bura Toğanadan aşıqlar gəldi, ona görə də bir müddət Toğana deyildi”.

 Məhəllənin yaşlı  sakinləri bu gün də o sazlı-sözlü aşıqları xatırlayırlar.

 Aydın Mahmudov “Aşıqlar” məhəlləsinin sakini: “6-7 aşıq olub burada, hamısı da yaxşı çalıblar. Qaraçı oğlu Aşıq İbrahim, Aşıq Murad, Aşıq Zeynal, Aşıq Həsən”.

Qaraçı oğlu Aşıq İbrahim, əslində isə Qaraca oğlan İbrahim bu evdə yaşayıb-yaradıb. Aşığın özünün  və oğlunun gəlinləri deyirlər ki, bu küçədə yaşayan aşıqların əksəriyyəti onun şagirdi olublar. 110 yaşında vəfat edən Aşıq İbrahimin 1929-cu ildə 1000 manat qızıl pula aldığı sazını gəlinləri bu gün də göz bəbəyi kimi qoruyurlar.

Zemfira Əliyeva Aşıq İbrahimin gəlini: Elə məclislər qurulurdu ki, dastanlar başlayanda barmağını kəssən xəbərin olmazdı. Elə olub ki, qayınatam Aşıq İbrahim neçə aşığın sazını əlindən alıb. Deyişmə ilə ona üstün gəlib. Aşıq Ələsgərlə bir yerdə Xoşbulaqda Dəli Alının oğlunun məclisini edib”.

Məxmər Hacıyeva Aşıq İbrahimin gəlini: O, oxumayıb, savadı olmayıb, amma gözəl şeirlər yazıb. Hər şair oxumadan elə qafiyə yaza bilməzdi”.

 Şahsevənlər məhəlləsinə bu günkü Mikayıl Müşfiq, Ordubadi küçəsinin bir hissəsi, Şahsevənlər, Cavad Xan və Nizami prospektinin bəzi dalanları daxildir.  Gəncə şəhərinin qərb hissəsində 17-ci əsrdə salınıb. Şah İsmayılın hakimiyyəti illərində ona ən sadiq olan əsgərlərinə “Şahsevənlər” deyərlərmiş. 16-17-ci əsrlərdə Şahsevənlər müxtəlif tayfa üzvləri olub I Şah Abbasa xidmət edirdilər. Elə həmin şahın dövründə Gəncə-Qarabağ bəylərbəyi ərazisinə köçürülür. Ağcabədi, Şuşa, Gəncə və Beyləqanda məskunlaşırlar.

 1870-1875-ci illərdə  məhəllə sakinləri öz hesablarına məscid inşa etdirdilər. Şahsevənlər adı verilən bu məsciddə qadınlar üçün giriş qərbdən, kişilər üçünsə şimaldan idi. Məscidin damına qalxıb azan vermək üçün günbatan tərəfdə bu pilləkənlər inşa olunmuşdu.

Mahrasa bağı isə Gəncənin ən böyük məhəlləsi hesab edilir. Ərazisi Quzeydən Cəfər Cabbarlı, günçıxandan Təbriz, Güneydən Cavad bəy Rəfibəyli, günbatandan Rustaveli və Eminbəyli küçələri ilə əhatə olunub. Mahrasa bağının əvvəllər Mədrəsə bağı adlandırıldığını iddia edənlər də var. Mədrəsə isə üzüm sortunun adıdır. 1932-ci ildən sonra Mahrasa bağı Stalin adına kolxozun əkin yeri olub. Həmin dövrdə orada üzüm bağı salınıb. Ancaq Mahsara sözününün mənbəyinə nəzər yetirsək, onun ay evi anlamını verən Mahsaray sözündən yarandığını güman etmək olar. Bu fikri Aya sitayiş edənlərin tarixən Azərbaycanın bir çox şəhərlərində yaşaması da sübut edir. Onlar hündür yerlərdə məbəd tikərdilər və orada olan kahinlər dolanışıqlarını meyvə bağlarından çıxarardılar.

Namlet Allahverdiyev AMEA-nın Gəncə Bölməsinin elmi işçisi, tarixçi: Bu günkü gün o məbədin harada yerləşməsi bilinmir. Amma məbədin bağ yeri məlumdur. Mah sözü irandilli xalqlarda aydır. Mahsaray, yəni ay evi. O ay evi məbədinin bağ yeri həmin o mahsaray adlandırdığımız ərazidir”.

 Gəncənin daha bir məşhur məhəlləsi Şahsevənlər məhəlləsinin şimal-qərbində yerləşən Qaraçılar məhəlləsidir. Tarixçi Namlet  Allahverdiyev “Gəncə  Məhəllələri” adlı kitabında yazır ki, 1952-ci ildə  SSRİ Ali Sovetinin sədri Voroşilov səyyar həyat tərzi keçirən qaraçıların oturaq həyat qurması, fabrik və zavodlarda işləməsi üçün onlara maddi yardımın ayrılması və torpaq sahələrinin ayrılması haqqında qərar verdi. Verilmiş qərarı həyata keçirmək məqsədilə Azərbaycanın hər yerində, o cümlədən Gəncənin şimal-qərbində boş torpaq sahələri onlar üçün ayrıldı və yeni küçələr salındı.  Beləliklə Qaraçılar Gəncənin Aslanbəy Safikürdlü küçəsinin və Nizami Gəncəvi prospektinin  müxtəlif dölmələrində məskunlaşdılar. 50-ci illərdən sonra Samuxdan Gəncəyə köçən Muxək Binnətov bu məhəllə haqqında belə xatırlayır.

Muxək Binnətov Gəncə sakini: “Biz soruşurduq ki, burada kimlər yaşayır. Deyirdilər ki, bir tərəf Şahsevənlərdi, bu tərəf isə Qarçılar. Onların əksəriyyəti məskunlaşdılar burada, heç getmədilər. Ailə qurdular, ev aldılar”.

Deyilənə görə, keçmişdə qaraçı kişilər heç yerdə işləməzdilər. Xoruz döyüşdürər, it dalaşdırar, ayı oynadardılar. Pullarını da elə bu yolla qazanardılar. Ailəni isə əsasən qadınlar dolandırardılar – falçılıq, çöpçülük, sınıqçılıqla… İndi məhəllə sakinlərinin əksəriyyəti qaraçı olmadıqlarını, bu sözün başqa tarixi olduğunu bildirirlər. Töhfə Kərimova deyir ki, babası və nənəsi Gəncəyə İrəvandan, erməni zülmündən qurtulmaq üçün gəliblər.  Qadınlar isə falçılıq, çöpçülük, sınıqçılıq və tikə ötürməklə ailə dolandırardılar.

Töhfə Kərimova “Qaraçılar” məhəlləsinin sakini: “Gəliblər, burada çadır qurub, ilanların olduğu bu düzənlikdə bir neçə ailə yaşayıblar.  O zamandan buranın adı qalıb Qaraçılar. Yəni qaraçılara heç bir aidiyyatı yoxdur. Sadəcə onlar əşyasız, heç nələri olmadan çadırlarda qaraçı kimi bir müddət həyat keçiriblər. Özlərini dirçəldənə qədər belə yaşayıblar”.

 Adını çəkdiyimiz çöpçülük, tikə ötürmək kimi məşğuliyyətlər məhəllə sakinləri tərəfindən bu gün də yaşadılır.

Töhfə Kərimova “Qaraçılar” məhəlləsinin sakini:  “Tək çöpçü, tikəçi deyil, sınığa, çıxığa da baxırıq, göbək salırıq. Mürəciət edəndə biz öz bacardığımızı edirik”.

Məhəllənin tarixi isə yüzilliklərlə ölçülür. Bunu ərazidəki bəzi abidələr də sübut edir.

 1804-cü ildə ruslar Gəncəni işğal edəndən sonra Qaraçılar məhəlləsində kiçik bir kilsə tikilir. Qarşısında dayandığımız bu tikilinin yaşı 200 ildən çoxdur. Həmin illərdə bu kilsənin ətrafında qəbiristanlıq da salınmışdı. 1906-cı ildə ləğv edilən məzarlıqdan bu günümüzə yalnız bu baş daşı qalıb.

 Burada yaşayanlar qazıntı işləri zamanı ərazidən insan sümükləri tapıldığını deyirlər. Ancaq indi onları tikilinin tarixindən çox, onun qəzalı vəziyyətdə olması narahat edir.

Aidə Mustafayeva Gəncə sakini: “15 ildir ki, burada yaşayırıq. Mən gələndən buranı belə görmüşəm. Uşaqlar orada oynayanda qorxuruq ki, nə isə olacaq. Çünki külək olanda, yağış yağanda daşları uçub tökülür”.

 Qədimliyi ilə seçilən məhəllələrdən biri də Tuğçulardır. Yəni el dilində desək, Toyuqçular. Əslində məhəllənin adı Toyuqçular deyil. Çünki toyuq saxlamaq hər bir məhəllədə olub və məhəllənin adını bununla bağlamaq olmaz. Toyuqçu Tuğ sözünün  Tuyuqçu, Toyuqçu şəklinə düşməsindən yaranıb. Tuğ 18-ci əsrədək türk dövlətlərində  qədim dövlət rəmzi kimi tanınırdı. Bu dövlət rəmzinin Gəncə ilə əlaqəsi isə 1588-ci ilin may ayında Osmanlı sultanının Gəncədə qala tikdirməsi ilə əlaqədardır.

Namlet Allahverdiyev AMEA-nın Gəncə Bölməsinin elmi işçisi, tarixçi: “Fərhad paşa qala tikdirir. Qalanın ətrafında 5 min türk əsgəri keşik çəkirdilər. Orada hərbi düşərgə salınmışdı. Həmin yerdə hərbi hissənin tuğu saxlanılırdı”.

 Güman edilir ki, döyüşdə qəhrəmanlıq göstərən əsgər, “tuğçu” bu məhəllədə yaşayıb. Elə onun şərəfinə də məhəllə Tuğçu adlanıb. Bu məhəllə Nizami prospektinin Atatürk prospekti ilə kəsişməsindən başlayıb, Şəddadilər küçəsi ilə kəsişməsində qurtarır. 1916-cı ilin məlumatlarına görə, məhəllədə 960 ailə olub. Məhəllə sakinləri papaqçılıq, dərzilik, tacirlik kimi sənətlərlə məşğul olublar. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ziyalılar məhəlləsi kimi tanınıb.

Vağzalaltı Məhəlləsi və ya əhalinin Dəmiryolunun altı adlandırdığı məhəllə Bakı-Tiflis dəmiryolu xəttinin sağ hissəsində yerləşir. Burada yaşayanların əksəriyyəti Qərbi Azərbaycandan gələnlərdir. 1905-1906-cı illərdə ermənilər İrəvan mahalında müsəlmanlara qarşı qırğınlar törədəndə əlacsız qalan insanlar Gəncəyə pənah gətirdilər. “Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti” gələnlərin dəmiryolu vağzalının altındakı ərazidə yerləşməsinə kömək etdi. Daha sonra 1918-1920-ci illərdə, həmçinin ikinci dünya müharibəsi illərində Qərbi Azərbaycandan gələnlərin əksəriyyəti də burada məskunlaşdılar. Məhəllədə su olmadığı üçün sakinlər suyu dəmir yolundan gətirirdilər. Bunun üçün ərazidə dayanan qatarların altından keçmək lazım idi. Bu da bəzən insanların həyatı bahasına başa gəlirdi.

İmran Qasımov kimya üzrə fəlsəfə doktoru, məhəllə sakini: Mənim ana babam Məşhədi Həsən o vaxtkı partiya rəhbərlərindən təkidlə tələb edir ki, dəmiryolunun altında məskunlaşan qaçqınların vəziyyəti çox ağırdır. Hətta adi bir körpü də yoxdur ki, qız-gəlin oradan keçsin. Qatarların altından keçmək də faciə ilə nəticələnir. Deyir ki, indi bəzi sovet idarələrinə gedib şikayət bildirəndə özlərini çarın jandarm idarəsi kimi aparırlar. Xalqın taleyi ilə maraqlanmırlar, biganəlik göstərirlər”.

 Elə bu sözün üstündə məhəllə sakini Məşhədi Həsən Özbəkistana iki illik sürgünə göndərilir. Ağır şərtlər altında orada da dünyasını dəyişir. Vağzalla məhəllə arasında körpü isə nəhayət ki, 1950-ci ildə tikilir. 66 ildir sakinlərin istifadə etdiyi bu keçid indi demək olar ki, həm də keçmişimizlə bu günümüz arasında bir körpüdür.

Əslində isə bu qədim məhəllələrin hər biri körpüdür. Milli özünüdərk duyğularımızı, mənəvi dəyərlərimizi bu günümüzə gətirən körpülər. Keçmişimizlə, kökümüzlə əlaqəni itirməmək üçün bu qədim küçələri, köhnə məhəllələri qorumalıyıq. Qorumalıyıq ki, tariximizə, kökümüzə söykənərək gələcəyə inamla gedə bilək.

 

Ruhəngiz Hacızadə

 

Umumi Kateqoriya: | , , , , , , , , , , , , , , , , ilə etiketləndi | Bir şərh yazın

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü…

Sözə ehtiyac yoxdur, baxmaq kifayətdir 🙂

Uncategorized Kateqoriya: | Bir şərh yazın

Uşaq gəlinlər…

Erkən nikahlar… Ümumiyyətlə, əvvəlində erkən yazılan hər ifadədə nəsə bir yanlışlıq, edilən hansısa bir səhv duyulur. Elə tələsib təndirə düşmək kimi… Bir neçə ay öncə 15 yaşlı gəlinin intiharını eşitdik. İntihardan daha əzabverici səslənir “15 yaşlı gəlin” ifadəsi. Axı, o yaşda qız nə fiziki, nə də mənəvi olaraq evliliyə hazır deyil.

Necə deyir, Nazim Hikmət:

“Çıkar boynundan at o ipi çocuk! Salıncaklar mı yok sana? Kalk hadi o soğuk betondan, Yatacak başka yer mi yok sana?”

Yoxdur, Nazim əfəndi, bu uşaqlara yelləncək də yoxdur, yatacaq yer də… Kaş övladlarını gəlincik oynadan yaşda “gəlin”ə çevirən ana-atalar öləydi, övladlar yox. Bəlkə o zaman uşaq gəlinlərin boynu ipdən asılı qalmazdı.

Bir neçə gün əvvəl də 17 yaşlı ana doğuş zamanı öldü… Dünyaya uşaq gətirdi, ancaq özü bu dünyada qala bilmədi. Görünür, dünya iki uşağa birdən qucaq aça bilməyib. Bəli, iki uşaq… Çünki 17 yaşlı qız doğum stolunda yox, yazı stolunda oturmalı idi. Oxumalı, tələbəliyin dadını çıxarmalı, əylənməli idi. O, ər, qayınana, qayınata qulluğunda duracaq yaşda deyildi, qulluq görməli yaşda idi. Qucağına körpə almaq üçün tələsdirdiyiniz övladları ölümün qucağına göndərən valideynlər, çəkisi 3 kq olan körpənin çiyinlərinə dünyanın ən ağır yükünü qoyursunuz – anasızlıq yükünü. “Qisməti belə imiş” deməklə vicdanınızı rahatlada bilərsiniz. Hamısı doğuş zamanı ölməyə bilər. Amma ölmək təkcə fiziki anlayış deyil, ruhən ölmək də var. Ölümlərin ən əzab verəni. Hər gün qarış-qarış ölmək, zərrə-zərrə yox olmaq… Uşaqlığından doymamaq, gəncliyindən vaz keçmək var bu ölümün ucunda.

Türkiyədə erkən yaşda ailə quran bir xanıma sual vermişdilər: “Həyatında nəyi dəyişmək istəyərsən?” Valideynlərimi demişdi… Vicdanınız rahatladısa, bir az düşünün: Onların sizi dəyişmək şansı yoxdur, amma siz əlinizə düşən ilk fürsətdə qızlarınızın uşaqlığını qadınlığa dəyişirsiniz. Həyatda üzləşə biləcəkləri ən böyük zorakılığı övladlarınız sizdən görür. Uşaqlar uşaq dünyaya gətirməz! Uşaqlar əvvəlcə gəncliyini yaşayar! Uşaqlar övlad böyütməz! Əvvəlcə özləri böyüyər, analar! “Filankəsin qızı evdə qalıb” – ən böyük qorxunuz bu sözü eşitməkdirsə əgər, bir daha düşünün. Ən azından evdə qalmaq qəbirə qoyulmaqdan daha yaxşıdır.

Qızların fizioloji cəhətdən formalaşması 18 yaşından sonra başlayır. İmkan verin, onlar fiziki cəhətdən formalaşsınlar. Vaxtınız olsa, siz də düşüncələrinizi formalaşdırın, bir az da mənəviyyatınızı…

http://www.qafqazinfo.az/sosial-3/usaq-gelinler-127009

Ruhəngiz Hacıyeva

Uncategorized Kateqoriya: | Bir şərh yazın

Kişiləşdirdiyimiz qadınlar…

Birini mühakimə etmək, qınamaq əlimizdən gələn ən gözəl məziyyətimizdir. Xüsusilə də söhbət qadından gedirsə… Bir əlimizdə kəndir, bir əlimizdə də balta – asıb-kəsməyə hazırıq həmişə. Ellikcə yığışıb qadının namusunu, əxlaqını dilimizə dastan edirik. Dildən-dilə dolaşıb, şəkildən-şəklə salınır bu dastan.

“Gəzir”, “danışdığı var”, “ərini atıb, qaçıb”… siyahını uzatmaq da olar, amma ehtiyac yoxdur. Onsuz da bu kimi xəbərlərlə hər gün verilişlərdə, saytlarda rastlaşırıq. Ümumiyyətlə, başqasının həyatı maraq dairəmizi o qədər əhatə edir ki, öz həyatımıza baxmaq yadımızdan çıxır. Elə bu səbəbdəndir ki, başqalarının şəxsi həyatından, intim münasibətlərindən bəhs edən verilişlər ən çox izlənilənlər sırasındadır. “İkinci dəfə ailə qurmadı, heç kimlə münasibəti olmadı, oturub uşaqlarına baxdı. Kişi kimi qadındır, halal olsun”… Necə də fəxrlə deyilir – “kişi kimi qadın”! Əslində isə bu ifadə utanc yerimizdir. Çünki kişiləşmiş qadın cəmiyyətin eybidir. Sənin, mənim, o birinin söz-söhbətindən çəkinən, öz həyatını, istəklərini, duyğularını nəinki arxa plana atan, hətta görməzdən gələn qadının “mükafatıdır” bu ifadə. Gənc yaşlarından tək qalıb övladına baxan, eldən utanıb heç kimlə ailə qurmayan qadınla fəxr edə bilərsiniz. Çünki “kişiləşdirməyi” bacardınız! Nə nəvaziş gördü, nə əzizləndi, nə xoş söz eşitdi, nə problemlərdən bezəndə başını söykəyə biləcəyi çiyin oldu. Əvəzində hamı onunla fəxr etdi, axı o, bizim nümunə göstərdiyimiz “kişi kimi qadın”dır. Unuduruq ki, qadın elə qadındır… Övlad, həyat yoldaşı, ana olmazdan öncə qadındır, sadəcə qadın…

Ərin söyür, döz – uşaqların var. Ərin döyür, döz – kimi əzizləyiblər ki? Ərinin həyatında başqası var, döz – kim gəzmir ki, bir azdan bezəcək. Boşanma, eldən ayıbdır, ikinci dəfə ailə qurma uşaqlarından ayıbdır. Heç kimlə münasibət qurma, əxlaqsız deyərlər. O nə deyər, bu nə deyər deyə-deyə çürüdürük bu qadınların ömrünü…

“Özündən 10 yaş balaca oğlanla münasibəti var, utanmır oğlu yaşındadır. Oğlanı da yoldan çıxarıb, Allah bilir”. Bu cümlələri də eşitməmiş olmazsınız. Dedim axı, hazırıq kimisə baltalamağa. Kişinin özündən 10-15 yaş balaca, bəzən övladı yaşında qızla evlənməsi qəbahət sayılmır, amma qadın kişidən böyük olanda biabırçılıq olur, eləmi? Görəsən, bu qanunları kim yazıb? Nə hikmətdirsə, hansı tərəfdən baxsan, qadın haqq verilən yox, haqqı alınan tərəf olur. Unuduruq ki, hər əməlini nümunə göstərdiyimiz Məhəmməd peyğəmbərin xanımı Xədicə də ondan 15 yaş böyük olub. Sizcə, bu, qınanmalı hadisədir? Təbii ki, yox. Ancaq biz o qədər qəddarlaşmışıq ki, “sevgi yaşa baxmır” deyəndə ancaq kişilərin gözünü nəzərdə tuturuq. Elə buna görə də illərdir Rusiyada anyaların, tanyaların əhatəsində olan 30 yaşlı kişinin 13 yaşlı qızla evlənməsini təbii qarşılayırıq. İllər sonra nəvazişsiz, sevgisiz ailə həyatından bezən bu “uşaq gəlin”in kiminləsə əlaqəsini eşidəndə isə namussuzluğu barədə dil-boğaza qoymuruq. Gəncliyini yaşamadan uşaqlıqdan qadınlığa adlayan bu bədbəxtləri “əxlaqsız”, “harınlamış” adlandırırıq. Biri də çıxıb demir ki, axı, o da insandır, diqqət gözləyir, qayğı istəyir. Kimisə mühakimə etməzdən öncə, özünüzü onun yerinə qoymağı da bacarın. Eyni vəziyyətdə siz olsaydınız, nə edərdiniz? Zəhmət olmasa, tam səmimi, “kişi kimi” cavab verin…

http://www.qafqazinfo.az/medeniyyet-10/kisilesdirdiyimiz-qadinlar-126329

Ruhəngiz Hacıyeva

Qadinlar Kateqoriya: | Bir şərh yazın

Əsgərə məktub!!!

Salam, əsgər!

Bu müraciətlə başlayan məktubumu illər öncə qardaşıma yazıb yollamışdım. Yenidən o hissləri  yaşatdığınız üçün hər birinizə təşəkkür edirəm. Əslində sizə təşəkkürüm o qədərdir ki…Torpağının keşiyində dayanan, bizim yaşamağımız üçün öz canını təhlükəyə atan insana başqa nə deyə bilərəm ki?! Dünyanın bütün dillərində olan ən gözəl sözlər də şücaətiniz qarşısında acizdir. Hər gün ölümlə göz-gözə gəlmək, bütün qorxuları aşıb silahına sarılmaq yalnız ər oğulların hünəridir. Hünəriniz, cəsarətinizdir sizi yaşadan. Siz yaşayın ki, torpaq yaşasın, Vətən yaşasın.

Oğul, qardaş, sevgili, nişanlı, həyat yoldaşı, ata… Bütün bu adlardan öndə dayanır “ƏSGƏR” adı. Azadlığa yetmək şərəflə qoruduğunuz bu addan keçir. Adınızı məğrur qoruyun ki, biz də məğrur olaq. Çünki siz yalnız bir ananın oğlu yox, yurdu əmanət etdiyimiz Vətənin oğlusunuz. Siz ümidsiniz, Qarabağa geri dönəciyimiz günün ümidi…Son günlər göstərdiyiniz qəhrəmanlıqlar bu ümidimizi daha da alovlandırdı. Düşmənin tapdağı altından azad etdiyiniz yüksəkliyə sancdığınız bayrağın dalğalanmasını görmək sevinclərin ən gözəli idi. Bu sevinci yaşatdığınız üçün təşəkkür edirəm…

Siz əsgər yoldaşının, qardaşının ölümünü gözü ilə görən igidlərsiniz. Bilirəm ki, bu ağrı, bu acı bir ömür sizin ürəyinizdə yaşayacaq. Bilirəm ki, mənim, minlərlə insanın sizə yazdığı bu məktublar o ağrını bir an da olsa unutdurmayacaq. Amma onu da bilirəm ki, sizin ürəyinizdə ağrı ilə yanaşı intiqam hissi də var. Son damla qanınadək döyüşüb torpağını işğaldan azad etmək eşqi ilə yaşayan insanlara nə qədər minnnətdar olsaq azdır. Çünki bu gün bu torpaq üzərində nəfəs alan hər kəs sizə borcludur.

Siz – torpaq üçün canından keçməyə hazır olan igidlər!!! Biz sizdən ölməyi yox, yaşamağınızı istəyirik. Yaşayın ki, uğruna qanlar tökülən bu torpaqda qürurla gəzəsiniz. Bu, hər kəsdən öncə sizin haqqınızdır. Qarabağda qələbə sevincini paylaşmaq arzusu ilə…

Ruhəngiz Hacıyeva

Umumi Kateqoriya: | , , , , , , , , , ilə etiketləndi | Bir şərh yazın

Mədəniyyətimizi oğurlayan mədəniyyətsizlər…

Dünya tarixən dəfələrlə erməni yalanları ilə üzləşib. Soyqırım yalanı, böyük Ermənistan yalanı və s. Ancaq ermənilər təkcə yalanla kifayətlənmirlər, digər xalqların torpağını, mədəniyyətini mənimsəməkdə, daha doğrusu oğurlamaqda da mahirdirlər. Onların bu “məziyyətindən” ən çox əziyyət çəkən isə Azərbaycan və azərbaycanlılar olub. İrəvanı, Zəngəzuru, Göyçəni, Qarabağı özünün olmayan tarixinə aid etmək istəyən haylar mədəniyyətimizə də hücum edirlər. Milli xörəklərimiz, mahnimiz, musiqi alətlərimiz, əsərlərimiz ermənilərin mədəniyyət nümunəsi kimi nümayiş olunur. Ancaq yalan ayaq tutar, yeriməz.

 

Bu, mənim Qarabağımdı

Bu, mənim Murov dağımdı

Bu, mənim Tərtər çayımdı

Buranın sahibi mənəm, sənsən.

Buranın sahibi yalnız bizik.

Murov da mənimdir, şirin Tərtər çayı da… bu sözləri səsləndirən erməni uşağıdır. O uşaq ki, dünyaya göz açan gündən bəri ona söylənilən yalanlarla böyüyür. Çünki yalan danışmaq və bu yalana özünü inandırmaq təəssüf ki, ermənilərin irsi xəstəliyinə çevrilib. Elə bunun nəticəsidir ki, mənimdir dedikləri Qarabağ, Tərtər, Murov sözlərinin ermənicə yox, azərbaycanca olduğunun da fərqinə varmırlar. Tanınmış erməni mütəfəkkiri Ovanes Tumanyanın öz sözləri ilə desək “ermənilərdə riyakarlıq ana bətnində olarkən yaranır”. Hər bir erməni inanır ki, onlar böyük xalqdır. Halbu ki, kökündə, mifalogiyasında fahişəlik ilahəsi Anaitə sitayiş dayanan, bu ilahənin şərəfinə məbəd ucaldan bir toplumdur.

Daşnak ideoloqu Ruben Darbinyan yazırdı: «Bizim xalqımız müstəqil vahidlərin cəmidir. Digər xalqlar isə müstəqil cəmin sıfıra bərabər mənasız bir zərrəsidir”. Bütün dünyaya öz məzlum, əzabkeş obrazlarını sırımaqdan yorulmayan bir xalqın bu cür absurd düşüncəsi heç də təəccüblü deyil. Çünki natamamlıq kompleksi ilə yaşayan insan daim özünü ən yuxarı pillədə zənn edir. Nə elmi, nə mədəniyyəti, nə də dostluğu olan erməni harada yaşayırsa, özünü o ərazinin tarixi varisi hesab edir. Elə əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağa qarşı iddiaları kimi… Biz Qarabağın Azərbaycanın döyünən ürəyi olduğunu sübut edən dəlilləri sadalamaq istəmirik. Axı, görünən kənd bələdçi istəməz. Həm də bizim bələdçimiz elə tarixin özüdür.

Oğurluğu özlərinə peşə seçən ermənilərin acgözlüyü təkcə torpaqlara yönəlməyib. Milli təamlar da bu oğruların hədəfindədir. Bu da təsadüfi deyil. Azərbaycan mətbəxi bütün dünyada fərqlənir. Gözlərinə fərqli və gözəl görünən hər şeyi mənimsəməkdə isə ermənilər çox mahirdir. Erməni jurnalistin Qondarma erməni soyqırımına həsr olunan tədbirlərdə iştirak etmək üçün İrəvana gələn Hollivud aktyoru Corc Kluniyə sualı da bunu bir daha təsdiq edir.

-Cənab Kluni, erməni dolmasının dadına baxdınız?

-Bəli

-Xoşunuza gəldi?

-Yaxşı idi.

Yanlış eşitmədiniz – erməni dolması ya da onların təbirincə desək, tolması… Milli dəyərləriniz kasad ola bilər, başa düşüləndir. Ancaq kasıblıq eyib deyil, xanımlar və cənablar, oğurluq eyibdir. Təbii ki, mənəviyyatı olanlar üçün… Mənəviyyat deyilən anlayışın zərrəsinə sahib olanlar dolmaya talma, plova plav, basdırmaya basturma, pitiyə putuk deyib, xarici ölkələrdə əvəliyi ermənistanın milli bitkisi – aveluk adlandırıb gülünc  fikirlərə imza atmazlar.

Bəlkə də erməni yalanının bu qədər ayaq açıb yeriməsində, hətta fantastik həyasızlıq həddinə çatmasında bizim də günahımız var. Etiraf edək ki, biz bəzən öz mədəniyyətimizə, tariximizə sahib çıxmağa da tənbəllik edirik. Götürək elə milli mətbəx nümunələrimizi. Bu gün internet forumlarda, kulinariya saytlarında Azərbaycan milli xörəklərinin əksəriyyətini ermənilər öz mədəniyyət nümunələri kimi təqdim edirlər. Amma Onların bu yalanlarına qarşı biz kifayət qədər fəallıq göstəririkmi?

Azərbaycan Milli Kulinariya Mərkəzinin Prezidenti Tahir Əmiraslanov Azərbaycan mətbəxinin tədqiqi, milli mətbəx nümunələrinin toplanması, tanıdılması və təbliği istiqamətində çox böyük işlər görüb. Ancaq bu işləri işıqlandıran jurnalistlərin suallarını cavablandırmağı nədənsə vacib hesab etmir. Ölkəmizin baş kulinarından erməni təbliğatına qarşı apardığı mübarizə barədə öyrənmək istədik. Amma o, çox məşğul olduğunu deyərək 3 gün ərzində bizə 2 dəqiqə vaxt ayıra bilmədi.

Ermənilərin mədəniyyətimizə hücumlarının daha bir istiqaməti musiqimizdir. Saysız-hesabsız mahnılar, musiqi alətləri, rəqslər tarix boyu oğurlanıb, oğurlanmaqda da davam edir.

 “Naz eləmə” azərbaycanlıların milli əxlaqi hisslərini əks etdirən ən gözəl rəqslərdən biridir. Qədim zamanlarda sevgini açıq-aşkar elan etmək olmazdı və onu bir hərəkətlə və ya bir baxışla elan edərdilər. Elə rəqsdə də iki gəncin bir-birinə olan məhəbbəti, ən saf hissləri təqdim olunur.

Çətin ki, başqalarının mədəniyyətini özününküləşdirən bir xalq bu ülvi duyğuları belə əks etdirə bilsin. Ancaq hayların sərhəd tanımayan həyasızlığından danışırıqsa, hansı ülviyyətdən söhbət gedə bilər ?

Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası və Naz eləmə rəqsinin musiqisi üzərində yazılan bu erməni sözləri  saysız oğurluqlardan biridir. Ancaq neyləməli? Öz mədəniyyəti olmayanlar başqalarının var olanına əl uzatmağı ar bilmirlər.

Məmməd Cəfərov Gəncə Bəstəkarlar İttifaqının sədri: Ermənilər Sarı gəlini götürüb, bu bizim mahnıdır deyirlər. Sarı gəlinin musiqisi üzərində bizim simfoniyalarımız, kantatalarımız, xor əsərlərimiz var. “Naz eləmə” bəstəkarların yaradıcılıq əsərlərində yer alıb. Ancaq ermənilərdə bu musiqilər bele istifadə oluna bilməz. Çünki bu onların deyil, onlar bununla yaşamayıblar. Bu əsərlərin geni, toxumu, kökü onlarda yoxdur. Bu musiqilər heç vaxt onların əlində çiçəklənməyəcək. Elə oğurluq faktı olaraq da qalacaq.

Musiqi xalqın ruhuna yaxın deyilsə, onun folklorunda yer tapmıyıbsa, ona mədəni sərvət demək olmaz. Cəngi, Uzundərə, Ceyranı, Köçəri, Tərəkəmə, İnnabı və başqa oğurlanan rəqslərimiz… bu siyahını uzatmaq da olar. Ancaq nə fayda? Oğruların xislətini elə onların özü hamıdan yaxşı açır. “Biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü  hesab edirik”. Bunu biz demirik. Ədəbiyyatşünas Palasanyan etiraf edib.

Tulumu parkapzuk, balabanı duduk edən ermənilərin oğurluğu musiqi alətlərindən də yan keçmir. Tarın, kamançanın, zurnanın isə adlarını dəyişməyə belə zəhmət çəkməyiblər.

Zaur Hümbətov ADAU-nun biologiya kafedrasının müdiri, professor Aram Xaçaturyan Leningrad operasinda oynanılan Gayane əsərindən sonra  Üzeyir Hacıbəyova zəng edərək deyir ki, burada bu qədər tütək var, ancaq o səsi vermir. Üzeyir Hacıbəyov da qızıl həlqələri olan tütək hazırladıb göndərir. İndi də o operada həmin tütək saxlanılır. Çünki Azərbaycanın qamışından hazırlanan tütək xüsusi rezonanslı səsə malikdir. Fikrət Əmirov həmin hadisəni oturduğumuz bu otaqda mənim müəllimim Validə Tutayuqa danışdı. Ondan sonra Validə xanım böyük bir elmi əsər yaratdı. Müəyyən etdilər ki, Azərbaycanda bitən qamışlar hüceyrələrinin arasında boşluq var. O boşluq quruyandan sonra əks-səda yaranır. Ancaq ermənilər nə deyir? “Duduk yalnız Ermənistan alətidir”. Hamısı böhtan, şər, yalandır.

Və nəhayət erməni şizofreniyasının son vaxtlar meydana çıxan əlamətləri. Erməni alimləri Qarabağda bitən endem bitkiləri erməni florasının nümunələri kimi dünyaya təqdim etməyə çalışır.

 Zaur Hümbətov ADAU-nun biologiya kafedrasının müdiri, professor: 2002-ci ildə mən Türkiyədə olanda İngiltərə Universitetinin professoru heyvut mənə dedi ki, biz dünya florasını yaradırıq və Qafqazı da ora daxil etmişik. İstərdik ki, siz bizə köməklik edəsiniz.

Məktubu alanda gördüm ki, Azərbaycana 2 kodlaşma verilib.  Ümumi Azərbaycan və Naxçıvan Muxtar respublikası. Ermənistana isə Ermənistan və Dağlıq Qarabağ kodlaşdırması yazılıb. Mən həmin dəqiqə elmi əsaslandırılmış fikrimi baş menecerə, Liz Gaddikə yazdım və göstərdim ki, ümumiyyətlə Qarabağın flora və faunasını yalnız Azərbaycan öyrənib. Tarix boyu ermənilərin ora heç bir bağlılığı olmayıb. Onlar apardıqları etnik təmizləmə ilə seperat dövlət yaradıblar.  Bizim kafedrada akademik Tutayukun 1960-cı illərdə məhz Qarabağdan topladığı 100 000-dən artıq herbari var. O, bitkilərin adını, ərazisini, fəsiləsini təqdim elədim və beləliklə də bazada kodlaşdırma biz istədiyimiz formada yazıldı.

Həmin o herbarilər bu otaqda saxlanılır. Yalnız Qarabağa məxsus olan bu bitkilər 1964-1967-ci illərdə Qarabağa təşkil edilən ekskursiya zamanı toplanıb. Yüzlərlə dərman və yem bitkilərinin, taxılların, bəzək bitkilərinin bir çox növü bu gün də tələbələrə nümayiş etdirilir. Herbarilər vaxtaşırı dərmanlanır.  Onların hər birinin kənarında mənsub olduğu yerin adı yazılıb: Kəlbəcər, Laçın, Şuşa və sairə… İnanırıq ki, tezliklə bu sözləri bu kağızlardan yox, elə o məkanlarda şəhərin girəcəyindəki lövhələrdən oxuyacağıq.

Ruhəngiz Hacıyeva

Umumi Kateqoriya: | , , , , , , , , , ilə etiketləndi | Bir şərh yazın

Bir qadını aldatmağa nə var ki…

Bir qadını aldatmağa

nə var ki…

“ Bu gün evə gec gələcəm,

Uşaqlarla yığışacıq.

Filankəsin qohumu ölüb,

Filan yerdə məclisdəyəm” .

Daha nələr, nələr, nələr…

Bir-birindən maraqlı bəhanələr…

Aldadırsan , aldanır o.

Kim bilir,
bəlkə də heç aldanmayıb

Aldanmıştək görsənir o.

Demək ki, hər aldanışın

Mükafatı aldatmaqdı.

Həqiqəti inkar edib ,

Yalanlarla yaşamaqdı.

Bir qadını aldatmağa

nə var ki…

Həqiqət donundakı

yalanları satırsan.

Əvəzində “sadiq ər”

modeli yaradırsan.

Soruşur : “Necə keçdi uşaqlarla görüşün?”

Dilucu cavab verib:

“Yaxşı keçdi” deyirsən.

Mövzunu dəyişirsən.

Nəvaziş göstərirsən.

Guya çox darıxıbsan,

Bu xoş ətirdən ötrü.

Dəniz kimi dalğalı,

İpək saçlardan ötrü.

O da həmişəkitək

Əsirgəməz qayğısın.

Bütün varlığı ilə

Sübut edər sevgisin.

Duyulmur o sevginin ,

O qayğının içində

Gizli qalan yalanlar.

O hər nəvazişində

Aldadır səni “sən”lə

Sənin daxilindəki

İlk günkü “mən”liyinlə.

Beləcə bu aldatma

oyununu  uğurla

Başa vurur  bədənlər…

Ruhəngiz Hacıyeva
(2012)

Şeir Kateqoriya: | Bir şərh yazın

Şəhid xatirələrinin yaşadığı ev – Şəhidlər muzeyi (Gəncə)

İnsanda böyüklük adına bir şey varsa, o da onun son məqsəd deyil, yalnız məqsədə doğru bir vasitə, körpü olmasıdır. Elnarə Tağıyeva da şərəfli bir məqsədə körpü salanlardandır. Elnarə xanım 1992-ci ildə, Qarabağ müharibəsinin ən qızğın dövründə Gəncədə yerləşən hərbi kombinatda çalışıb. Hər gün 100-lərlə vətən oğlu ilə qarşılaşıb. O vətən oğulları ki, onlar üçün əziz olan hər şeydən vaz keçib torpağın müdafiəsi üçün canını fəda etməyə gəlirdilər. Elnarə xanım deyir ki, tanıdığı əsgərlərin şəhid olduqlarını eşidən zaman düşünüb ki, gördüyü hər döyüşçüdən bir əşya alıb saxlasa, onların adını yaşadacaq muzey yarada bilər. Elə bir muzey ki, Qarabağ savaşında hünər göstərənlərin xatirəsini əbədi olaraq özündə daşısın.

Elnarə Tağıyeva muzeyin sahibi: “Mən gəldim evdə valideynlərimə məsləhət elədim ki, müharibə qutarandan sonra heç kəs bilməyəcək ki, kim öldü, kim qaldı. Onların xatirəsi üçün olarmı evdə muzey düzəldik. Onlar da razılıq verdi. Əsgərin nəyi ola bilərdi ki, bir siqareti…mən onlardan xahiş edirdim ki, siqaretin üsrünə ürək spözlərini yaz ver, aparım muzeyə qoyumHazırda muzeyimizdə 500-ə qədər əsgərin ürək sözü var. Elə olurdu ki. Onlar tələsik gəlib gedirdilər, siqaret yazmağa da vaxtları olmurdu. Onda qələmlərini, alışqanlarını verirdilər”.

 

Elnarə xanım deyir ki, döyüşçülər istirahət vaxtlarında boltlardan üzük, kəndirdən qələm düzəldərək ona verirdilər. Ölümlü dünyadı, heç olmasa, bizdən sonra bir yadigar qalsın deyirmişlər. Üzərinə ünvan, ürək sözləri yazılan siqaretlər, cib daraqları, təsbeh, qol saatı, gilizlərin asıldığı boyunbağılar, hərbi geyimlər…nələr yoxdur ki, bu muzeydə. Hər bir əşya müharibənin dəhşətini, insanların ağrı-acısını əks etdirir özündə. Həm də şərəf, qürur, vətənə məhəbbət həkk olunub bu əşyaların üzərində. Gilizlərinin içərisində saxlanılan kiçik əlyazmalara, siqaretlərin üzərindəki qeydlərə baxdıqca düşünürəm ki, görəsən * mənim üçün ən çətin şey sənsiz keçən hər saniyəmdir Qarabağ, Biz torpaqlarımızı azad edəcəyik, Ən böyük arzum 3 rəngli bayrağı Qarabağ torpağından asmaqdır. Arzum budur ki, bu siqareti torpaqlar alinanda geri qaytarasiz, məni gözləyən və sevən var, xoşbəxt olmaq istəyirəm, arxamca ağlama, vətəni qorumalıyam axı…* yazan oğullardan hansı şəhidlik zirvəsinə ucalıb, hansı sağlamlığını itirib, hansı yaddaşından silinməyəcək anlarla birgə yaşayır?

Onlar ölməzlik zirvəsini fəth etmək üçün kimlərdən, nələrdən vaz keçdilər görəsən? Övladının bir telinə qıymayan anadanmı, vüqarlı atadanmı, əllərinin istisi əlindən getməyən nazlı yardanmı, yoxsa ata kəliməsinə həsrət qalacaq körpələrdənmi? Onlar hər şeydən vaz keçdilər, torpaqdan başqa… O torpaq ki, əzəli və əbədi olaraq bu yurdun ayrılmaz hissəsi olub.

Atəşkəs elan olunandan sonra da Elnarə Tağıyeva muzey üçün əşyalar toplamağa başlayıb. İşin ən çətin tərəfi də elə budur. Şəhid ailələrinin ünvanlarını axtarıb tapır, sonra şəhər və rayonları gəzərək onlarla görüşür.

“Şəhidlərin valideynləri, həyat yoldaşları, bacıları ilə danışanda, görürəm ki, bu xatirələr onların dərdlərini təzələyir, ancaq danışdıqca rahatlıq tapırlar. Mənim üçün də ağırdır. Axı mən hər şəhid xəbəri aldıqca onlarla birlikdə ölürdüm” – deyir bu fədakar qadın. Əvvəllər bu səfərlərini öz maaşı ilə təşkil etsə də, hazırda işləmədiyi üçün atasının təqaüdü ilə reallaşdrırır. Kiməsə mənəvi köməklik göstərdiyi üçün xoşbəxt olduğunu və yaşadığı müddətcə işini davam etrəcəyini də vurğulayır.

Elnarə Tağıyeva muzeyin sahibi: “180-dək şəhid ailəsi ilə görüşmüşəm. Övladlarının şəhid olmalarını necə eşidiblər, o haqda bildiklərini yazıram, gətirib hər şəhid haqqında ayrıca xatirələrini yazıram. Birinci tanıdığım insan Yusif Mirzəyev olub. onların ünvanını tapmaq mənə 20 ilə başa gəlib. 20 ildən sonra mən onun ailəsi ilə görüşmüşəm. Həmin an özümü dünyanın ən xoşbəxt adamı kimi hiss etmişəm özümü. Digər şəhidlərin ünvanını da kitablardan, qəzetlərdən öyrənirəm. Və hara gedirsəmsə, həmin bölgənin şəhidləri ilə maraqlanıram. Demək olar ki, ölkənin yarısından çox rayonunda olmuşam”.

Elnarə xanım Mübariz İbrahimova məxsus papağı, əsgər yoldaşlarını ölümdən xilas etmək üçün qumbaranın üstünə atılaraq şəhid olan Elton İsgəndərovun son zəngdə taxdığı qalstuku, ailəsinə yazdığı məktubu, şəhid Səyavuşun əbədiyyətə qovuşarkən üzərində olan və qana bulaşan əl dəsmalını da gətirib muzey üçün. Ramil Səfərov Macarıstanda həbsdən azad olub ölkəyə qayıtdıqdan sonra onunla da görüşüb və o, Elnarə xanıma Türkiyədə təhsil aldığı zaman geyindiyi formasını hədiyyə edib. İki otaqdan ibarət bu mezeydə şəhidlərə məxsus sənədlər, şəkillər, ölüm kağızlarının, təltif olunduqları medalların surəti də var. Burada yalnız şəhidlərin yox, həm də onların övladlarının hərbi xidmət keçdiyi zaman istifadə etdikləri geyimlər yer alır.

Elnarə Tağıyeva muzeyin sahibi: “Məndə daxili qoşunların, milli ordunun forması var idi. Amma sərhəd qoşunlarının forması yox idi. Şəhid Zakir Məmmədovun ailəsi ilə görüşəndə oğlu Nizamidən soruşdum ki, harda xidmət edibsən. Dedi, sərhəd qoşunlarında, beləcə o da muzeyimiz üçün öz geyindiyi formanı hədiyyə elədi”.

Muzeydə diqqətimizi çəkan məqamlardan biri də 3 şəhidin – Elnarə xanıma vətən sevgisi aşılayan milli qəhrəman Yusif Mirzəyev, Mübariz İbrahimov və Elton İsgəndərovun adının həkk olunduğu çarpayı oldu. O, bu simvolik yataqları hazırlayarkən Qarabağ müharibəsində işlədilən yataq dəstlərindən istifadə edib.

Canına cəfa verib şəhidlərin xatirəsini yaşadan, dünyada onlardan iz qoymağa çalışan Elnarə Tağıyeva şəhid ailələri ilə görüşən zaman tutduğu qeydləri də muzeydə saxlayır. Şəhidlər haqqında ətraflı məlumat verən bu xatirələri gələcəkdə kitab şəklində çap etdirməyi də düşünür.

Elnarə Tağıyeva muzeyin sahibi: “Qeydlər toplamışam, kitab şəklində çıxarmaq istəyirəm ki, oxuyanlar bilsin ki, hansı bölgədə necə oğullarımız olub və vətən yolunda necə döyüşüblər. Bu yolda da şəhid olublar. Onların xatirəsini daha da ucaltmaq üçün kitab çıxarmaq istəyirəm. Hələ tələsmirəm ki, bəlkkə də gedəcəyim elə ailələr var ki, onlar haqqında kitabda nəsə yazılması lazım oldu”.

İnsanların doğmasına belə vəfasız çıxdığı bu dünyada şəhidlərə, vətənə xidmət edən əsgərlərə sədaqətini qoruyan qəhrəmanımız evin digər otağında Azərbaycan xəritəsini asıb. Xəritənin üzərində isə bu günədək getdiyi bölgələri və bundan sonra gedəcəyi yerləri qeyd edib. O adamlar sevilir ki, canlarını boş xəyallara, cəfəng ideyalara deyil, torpağa, vətənə fəda edirlər. Kimisi şəhid olur bu yolda, kimisi də ömrünü onların xatirəsini yaşatmağa sərf edir. Elnarə Tağıyeva kimi… O, gözüylə od götürə-götürə dünyanın yükünü çiynində daşımağa çalışır. Buna da yalnız mərd adamların hünəri çatar.

Gözümüzdə canlandırdığımız bu qədər xatirədən sonra şəhidlərin məzarını ziyarət etmək üçün yollanırıq Şəhidlər Xiyabanına. Ömrünün bahar çağında bu dünyanın bütün naz-nemətlərindən imtina edib əbədiyaşar olmağı seçmək hər kəsin bacara biləcəyi bir iş deyil. Hələ bir də baş daşına “Naməlum əsgər” yazılan oğullarımız var. O məzarda yatan igiddən geriyə nə qalıb? Baş daşına yazılacaq bir ismi belə yoxdur şəhidimin. Kim olduğu bəlli deyil. Bəlli olan tək şey onun bizlər üçün canını fəda etməsidir. Bəlkə də övladını min bir əziyyətlə böyüdən ana hər gün dua edir onun üçün. Canından bir can olan balasının Şəhidlər xiyabanında “Naməlum əsgər” yazılan məzarda uyuduğundan xəbərsiz… Kim bilir? Bəlkə də ananın hər duası yaş olub süzülür tənha məzar üstünə. Onu ağlayır ana yerinə, övlad yerinə.

 

Daş kitabələrə yazılan igidlik dastanının qəhrəmanları! Bu gün bu torpaq üzərində nəfəs alan hər kəs sizə borcludur. Əgər fəda edilən ömrə borc demək mümkündürsə… Deməli biz heç vaxt sizin borcunuzu qaytara bilməyəcəyik. Ümidimiz yalnız o şanlı günədir. Qarabağ torpağının düşmən tapdağından azad olacağı günə. Yalnız o zaman müqəddəs ruhunuz qarşısında, ölümün gözünə dik baxan sizlər kimi biz də vüqarla baxa bilərik. Məkanınız Cənnət, ruhunuz şad olsun, Vətən oğulları!

Ruhəngiz Hacıyeva

 

Umumi Kateqoriya: | , , , , , , , ilə etiketləndi | Bir şərh yazın

8 mart – bayram, yoxsa faciə?

8 mart Beynəlxalq qadınlar günü… Hər ilin bu tarixi dünyanın bir çox ölkəsində qadınlara məxsus gün kimi qeyd edilir. İlk baxışdan elə təsir bağışlayır ki, sanki bu bayram xanımlara çiçək və hədiyyə almaq üçün təsis edilib. Ancaq günün tarixinə nəzərə salsaq görərik ki, 8 mart heç də romantik hadisələr nəticəsində yaranmayıb. Bu günün əsasında qadının cəmiyyətdəki rolu və hüquqları uğrunda apardığı mübarizə dayanır.

1857-ci il Martın 8-i ABŞ-ın  Nyu-York şəhərində tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxırlar. Onlar 10 saatlıq iş günü, işıqlı və rahat iş yeri, kişilərlə eyni maaş tələb edirlər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində isə qəpik-quruş alırdılar. Ancaq polis nümayişi dağıtmaq üçün işçilərə hücum edir və fabrikin qapılarını bağlayır. Fabrikdə yanğın başlayır. Ancaq işçilər fabrikin qarşısında qurulan barrikadalardan keçərək qaça bilmir. Nəticədə çoxu qadın olmaqla 129 işçi yanaraq həyatını itirir. Beləliklə, qadınların haqqı uğrunda apardığı mübarizəyə qanla yekun vurulur. İşçilərin cənazə mərasiminə 100 mindən çox insan qatılır.

Bu hadisədən 53 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci beynəlxalq sosializm konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 Martın “Dünya Qadınlar Günü” olaraq qeyd olunmasını təklif edir və təklif qəbul edilir.

Amma qadınlar günü ilk dəfə AvstriyaDanimarkaAlmaniya və İsveçrə1911-ci ilin martın 19-da qeyd edilir. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak edir. 1917-ci ildə rusiyalı qadınlar “Çörək və Sülh” şüarı ilə küçələrə çıxır. 4 gün sonra çar II Nikolay devrilir. Müvəqqəti hökumət qadınlara səsvermə hüququ verir. Bu hadisə 8 mart tarixinə təsadüf edir.

Azərbaycanda isə 8 mart ilk dəfə 1917-ci ildə qeyd  edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq qadınlar gününü qeyd edir. İki il sonra isə qurumun ümumi qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq rəsmiləşir.

İllər keçdikcə qadın hüquqları uğrunda mübarizə sadəcə qadınlar günü ilə əvəzlənir. Bu gün 8 mart qadınlara hədiyyə almaq bayramına çevrilib desək yanılmarıq. Əslində yaranma tarixi faciəyə dayanan, əsasında qadının haqqını tələb etməsi duran günün belə keçirilməsi onun əsl mahiyyətini itirir. Həmin gün hətta qadın hüquqlarını tapdalayan, ona qarşı zor tətbiq etməkdən belə çəkinməyən kişilər də bir dəstə gül alıb “bayramın mübarək” deyə bilər. Bəli, bu, həyatın ironiyasıdır. Qadınlar hüquqlarını qorumaq üçün mübarizəyə qalxır, illər keçdikdən sonra isə uğrunda öldükləri hüquqları əvəzinə… onlara gül bağışlanır… Bu gün qadına qarşı zorakılıq, azyaşlı qızların güclə evləndirilməsi, təhsil hüququndan məhrum edilmə kimi problemlərin qaldığı bir zamanda onlara çiçək və ya ətir yox, haqqını vermək daha doğru olmazdımı?

Qadın barədə “yaxşı at özünə qamçı vurdurmaz”, “qadının beyni quş beyni”, “qızını döyməyən dizini döyər” ifadələri hələ qalıbsa, qadınlara yuxarıdan aşağı baxmaq təfəkkürü dəyişməyibsə, bu bayram hədiyyələri onları xoşbəxt edə bilərmi?

Bəzi ailələrdə qız uşağına hamilə olanda ondan imtina edilir, qız doğulanda oğlan uşağına sevindikləri kimi sevinmirlər. Oğul dünyaya gətirən anaya gözün aydın deyəndə, qız anasına, canın sağ olsun, oğlan da olar deyilir. Deməli, qadınların cəmiyyətdə inkişafına nail olmaq üçün insanların düşüncəsindəki o stereotiplər qırılmalıdır. Xüsusilə də ona görə ki, həmin stereotiplər sonradan sanki qəsdən Azərbaycan xalqına sırınıb. Keçmişimizə, onu əks etdirən dastanlara, nağıllara, əsatirlərə nəzər salanda görürük ki, onların hamısında qadın yüksək qiymətləndirilib. “Dədə Qorqud” eposunda qəhrəman Oğuz igidləri – ərlərlə yanaşı qəhrəman qadın obrazları da vəsf edilir. Dastanda qabarıq formada görünən və bəzi mətləblərin ideya daşıyıcısı olan qadın obrazları var. Məsələn, Burla xatun, Banuçiçək, Selcan xatun. Qanturalı özünə nişanlı axtaranda deyir ki, elə bir qız istəyirəm ki, mən ayağa qalxmamış o qalxmış olsun, mən evdən çıxmamış o çıxmış olsun, mən ov ovlamamış o ovlamış olsun. Atası Qanlıqoca isə deyir: sən özünə arvad yox, qardaş axtarırsan. Bəli, oğuz igidləri özlərinə tay ola biləcək, onlarla çiyin-çiyinə vuruşacaq, ocağı, evi qoruya biləcək xanım axtarırdılar. Dastandakı qadın obrazlarının əksəriyyəti qurşaq tutur, ox atır, ov ovlayır, Oğuz elinin dar günündə ərləri ilə yanaşı döyüşlərdə iştirak edirlər.

Ruziyyə Quliyeva folklorşünas: Dədəd – Qorqud dastanına nəzər yetirək, Bayandur Xan əmr eləmişdi ki, 3 çadır tikilsin. Ağ, qızılı və qara çadır. Oğlu olanları ağ çadırda, qızı olanları qızılı, övladı olmayanları isə qara çadırda otuzdurun. Görün qıza necə böyük qiymət verilir. Qızılı çadırda qız övladlarını əyləşdirmək onları qızıla bərabər tutmaqdır. Kişilər görünən tərəfdi, ön cəbhədə vuruşan onlardı, arxada məsləhət verən isə qadındı. Elə Koroğlu dastanında Nigarın Koroğluya münasibətinə, onu danlamasına baxaq: Utan, qoç Koroğlu, utan. Dağların damənin tutan. Sənin kimi başa çatan, elin qədrini nə bilər. Nigar hölkmdar qızıydı, bilirdi ki, cəmiyyəti necə idarə etmək olar.

Bəli, cəmiyyətin idarə edilməsində qadının da özünəməxsusu rolu var və bunun əhəmiyyətini bu gün bütün sivil dünya qəbul edir. Bəlkə də çoxlarına qəribə gələr ki, bu cəhətdən Azərbaycan bir-çox qərb sivilizasiyalarını qabaqlayıb. Xalqımız qadın hüquqları sahəsində tarixi təcrübəyə malikdir. Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda gender bərabərliyi sahəsində qanunvericilik aktları qəbul olunub. Əksər avropa ölkələrinin qadınları seçki hüququndan məhrum olduğu vaxt – 1918-ci ildə isə Azərbaycan Demokratik Cümhuriyyətində qadınlara seçki hüququ verilib. Bəli, biz həmin xalqıq. O xalqın nümayəndələriyik ki, tarixi keçmişində qadına bu qədər yüksək dəyər verib. Qadının başının örpəyini yerə atması ilə müharibələr dayanıb, qan davalarına son qoyulub. Amma, bu gün bu xalqın nümayəndələrinin qadına qarşı bəzən zor tətbiq etməsi təəssüf doğurur. Təkcə 2013-ci il ərzində fiziki məişət zorakılığına məruz qalan qadınların sayı 3200-ü ötüb. 2014-ci ildə isə zorakılıq halları pik həddə çatıb. Bu sırada zorakılıq nəticəsində öldürülmə, intihar həddinə çatdırılma, müəyyən xəsarətlər yetirmə, şikəst edilmə kimi hallar da var. Əlbəttə, ölkəmizdə qadın hüqüqlarının qorunması istiqamətində işlər görülür. Dövlətimiz qadınlara qarşı hər cür ayrı-seçkiliyin aradan qaldırılması haqqında konvensiyaya qoşulub. Bunun əsasında ölkədə gender bərabərliyinin təmin edilməsi barədə qanun qəbul edilib. Bir çox qurum və komitələrin rəhbərləri qadınlardır. Amma bəzi statistik rəqəmlər ümumi mənzərəni korlayır. Faktlar göstərir ki, qadına qarşı məişət zorakılığı daha çox bölgələrdə müşahidə olunur. Qərb bölgəsi də istisna deyil.

Məleykə Əlizadə Gəncə Regional Qadin Mərkəzinin rəhbəri: 2013-14-cü illərdə Gəncə regional qadın mərkəzinə məişət zorakılığı ilə bağlı 10 qadın müraciət edib. Biz imkan daxilində onlara yardım etməyə çalışırıq. Imkanlarımızadan istifadə etməklə hüquq-mühafizə orqanlarının köməyi ilə bu halların qarşısını almağa çalışırıq. Onların içərisində öz hüquqlarından tamami ilə məhrum edilən qadınlar da olur. Biz məhkəmələr vasitəsi ilə onların hüquqlarının bərpasına çalışırıq. Övladlarının uşaq bağçalarına yazılması, qadınların işlə təmin edilməsi və təbii ki, ilk növbədə onların reabilitasiyası ilə məşğul oluruq.

Bu kimi halların qarşısını almaq üçün maarifləndirmə işinin daha da gücləndirilməsi vacibdir. Həm də bu işə uşaq vaxtından, məktəblərdən başlamaq lazımdır.

 Məleykə Əlizadə Gəncə Regional Qadin Mərkəzinin rəhbəri: Təkcə qadınları deyil, eyni zamanda paralel olaraq kişiləri də maarifləndirməliyik. Bu işlər orta məktəblərdən aparılmalıdır ki, oğlan və qızlar gender bərabərliyi haqqında qanundan xəbərdar olsunlar. Bilsinlər ki, gələcəkdə kiməsə qarşı zorakılıq etsələr onları hansı cəza gözləyir.

Uzun illər Azərbaycan xalqı istila altında yaşayıb. Bu illər ərzində milli mənliyimizi, dilimizi, adət-ənənələrimizi qoruya bilsək də itirdiklərimiz də olub. Düşünürük ki, itirdiyimiz ən böyük dəyərlərdən biri də qadına qarşı münasibətdə ucalıq, ülvilik, dərin hörmət hissidir.  

Ruziyyə Quliyeva folklorşünas: Məhəbbət dastanlarının hamısında aşiq sevdiyi qızın dalıyca gedir. Amma bu təkcə sevdiyi qız deyil. Bu simvolik olaraq haqqın dalıyca getməkdir. Və sonda haqq-ədalət qalib gəlir…

 Başqa sözlə desək haqq-ədalətin qalib gəlməsi üçün sevgi vacibdir. Deyirlər, hər bir dahi kişinin arxasında dahi qadın dayanır. Zənnimizcə bu səhv fikirdir. Qadın arxada yox, yanaşı dayanmalıdır. Bu daha ədalətlidir. Haqq-ədalətin daim qalib gəlməsi diləyi ilə bayramınız mübarək, əziz qadınlar!

Ruhəngiz Hacıyeva

 

 

Qadinlar, Uncategorized Kateqoriya: | , , , , ilə etiketləndi | Bir şərh yazın

Çaynikli, butulkalı və ilan-qurbağa ev – Gəncənin maraqlı evləri…

Hər bir şəhər qədim abidələri, maraqlı tikililəri ilə məşhurdur. Bu abidələrin əksəriyyətinin yaşı bir neçə əsrə bərabər olur. Gəncə isə yalnız tarixi abidələri və füsnkar gözəlliyi ilə deyil, həm də qəribə evləri ilə də məşhurdur desək bəlkə də yanılmarıq. “Butulkalı ev”, “çaynik ev”, xalq arasında “ilan-qurbağa ev” deyə adlandırılan bu tikililər barədə qarşıdakı materialda tanış olmaq imkanınız var…c1

Ev bizim, sirr bizim deyib atalar. Ancaq elə evlər var ki, onların sirri-sorağı yerləşdiyi ərazidən uzaqlara da gedib çıxır. Qəribə və maraqlı evlər… Onlar dünyanın hər yerində mövcuddur. Gəncədə də bir sıra evlər var ki, görünüşü ilə digərlərindən fərqlənir. Məsələn, “çaynikli ev”.

Adətən çaynikdən çay dəmləmək üçün istifadə edirik. Ancaq sən demə çaynikdən ev tikənlər c6də var. “Çaynikli ev” şəhər mərkəzindən kənarda yerləşdiyi üçün bir çoxları bu ev haqqında məlumatsızdır.
Çaynik, kasa, gülab qabı, boşqabdan istifadə edilərək tikilən bu ev böyük zəhmət və səbrin bəhrəsidir. Bu qabların hər biri xüsusi nizamla düzülüb və içlərinə sementlə qum qarışığı əlavə edilib. Ancaq təəssüf ki, ev hazırda baxımsız və bərbad vəziyyətdədir. Ev sahibindən bu marağın və həvəsin necə yaranmasını öyrənmək istədikdə məlum oldu ki, c2evin hazırki sakinləri bura sonradan köçənlərdir.

Təranə Ələsgərova– ev sahibi: “12 il əvvəl almışıq bu evi. Alanda da belə idi. Ev sahibi c5zavodda işləyib. Qohumlarla birgə düzəldib. Xaricilər də, şəhər əhalisi də gəlir. Gələnlər maraqlanır, hamısı bəyənir”.

Adını eşidib, özünü görmədiyimiz “çaynikli ev”lə tanışlıq maraqlı idi. Ancaq onun tarixçəsini bilmək daha maraqlı gəldi. Elə bunun üçün də evin əvvəlki sahibini axtarmaq qərarına gəldik. Məlum oldu ki, evi satan şəxs ölkədə yaşamır. Bunu, həmin şəxsin bacısı Zemfira Əliyevadan öyrəndik. O, bildirdi ki, ev atası Əli Əliyev tərəfindən 30 il bundan öncə tikilib. 12 uşaq atası c3olan Əli bəy həyat yoldaşı vəfat etdikdən sonra yenidən ailə qurub və işlədiyi Çini qablar zavodundakı istifadəyə yararsız qablardan ev tikərək orada yaşamağa başlayıb.

Zemfira Əliyeva– evi tikən şəxsin qızı: “Hamısını özü düzəldib. Evimizin yanında zavod var idi – Çini qablar zavodu. Mən və balaca qardaşlarım zavoddakı qırıq, yararsız qabları daşıyıb gətirirdik. Deyirdik ki, bu c9lazımsızdı, niyə bu qədər əziyyət çəkirsən? Qabları çuvallarla gətirib həyətə yığırdı. Evi tikməyə başlayanda gördük ki, bir-bir bu qablardan istifadə edir”.

Zemfira Əliyeva bildirir ki, atası min bir zəhmətlə ərsəyə gətirdiyi bu evə xüsusi diqqət yetirirdi. Hər zaman deyirmiş ki, vaxt gələcək, bu ev nümunəvi olacaq. Ancaq o, dünyadan köçdükdən sonra ev baxımsız qalıb. Əbəs yerə deməyiblər, “zər qədrini zərgər bilər…”

Zemfira Əliyeva– evi tikən şəxsin qızı: “Atam 1985-86-cı illərdən 1993-cü ilə qədər c10bu evdə yaşayıb. Yəni rəhmətə gedənə kimi. Evi həmişə qoruyurdu. Analığım su ilə yuyub, quruluyub təmizləyirdi həmin qabları. Heç kim toxunmurdu evə. Amma özü rəhmətə gedəndən sonra daş atırdılar, ona görə də qırılıb”.

Gəncədə olan maraqlı evlərdən biri də “ilan-qurbağa” adlandırılan evdir. “İlan-qurbağa” ona görə adlandırıblar ki, vaxtı ilə bu evin eyvanında ilan, qurbağa, uyoiuəjdaha kimi heykəllər olub.

Girəcəyi məscidə bənzəyən bu evin eyvanında hələ də müxtəlif heykəllər var. Ancaq indi onların sayı əvvəlkindən azdır. 80 yaşlı ev sahibi Səmayə Babayeva bildirir ki, heykəllərdən bir çoxunun rəngi solduğundan onları eyvandan götürüb. Ancaq səhhəti imkan verən kimi onları yenidən bərpa edib yerinə qaytaracaq. Qeyd edək ki, Səmayə xanım b11ixtisasca heykəltaraş deyil. O, yalnız istedadı və həvəsi sayəsində bu heykəlləri yaradıb.

Səmayə Babayeva- ev sahibi: “Heykəlləri düzəltməyə 22-23 ildir ki, başlamışam. Hələ də həvəsim var. Gümbəz, məscid – hamısı öz əl işlərimdi. Heç kimə deməmişəm ki, mənə bir daş ver, ya kömək elə. Heç öz uşaqlarıma da ağız açmamışam, özüm təkcə düzətmişəm”.

Heykəlləri düzəltməyə elə də çox vəsait sərf etmədiyini deyən Səmayə xanım evdəki i3paltarlardan, hətta küçədə gördüyü lazımsız əşyalardan da nə isə hazırlayıb ərsəyə gətirə bilir.

Səmayə Babayeva– ev sahibi: “1.5 m uzunluğunda ilan düzəltmək üçün yoğun, nazik məftillərdən yığıram. Köhnə corablar, paltarlar, pambıq olanda atmıram, yığıram çuvallara. Onları sementli suda isladıram. Onu da dolayıram həmin məftillərə, onlar da tez quruyur. Bir ilana yarım çuval sərf olunur”.tryty

Maraqlı məqamlardan biri məscidə bənzəyən hissənin yuxarısında restoran və şeytan i4heykəlinin olmasıdır. Ancaq bu da səbəbsiz deyil. Səmayə xanım deyir ki, hər heykəlin öz anlamı var. Məsələn, restoranda yeyib-içmək məclisi və şeytanı ona görə düzəldib ki, insan əylənərkən də həddini bilməlidir. Çünki cüzi bir yanlışlığı onu şeytanın yolu ilə getməyə vadar edə bilər. Məscidə bənzəyən hissə isə insanlara malik olduqları dəyərlərə sahib çıxmağı xatırladır. O, deyir ki, əvvəllər şeytanın ağzında yerləşdirdiyi lampanın qırmızı işıqları da yanırmış, hətta daha maraqlı olsun deyə, musiqi də çalınırmış. Səmayə xanım düzəltdiyi heykəlləri xüsusi ghjhgkjhsevgiylə vəsf edərək bildirir ki, onlar vahiməli olsalar da bir çoxları tərəfindən rəğbətlə qarşılanır.

Səmayə Babayeva– ev sahibi: “Qartalı düzəldəndə, rənglədim, üstünə də boz, qar rəngli toyuq tükü doğrayıb düzdüm. Elə bil diriydi. Qızım bir dəfə eyvana qalxdı. İlanı görüb qorxdu, dedi: – ana, elə bil həqiqi ilandı. Bunu necə edirsən, adam dəhşətə gəlir?!”.

“Çaynikli və ilan-qurbağa ev”dən fərqli olaraq “butulkalı ev” daha məşhurdur. Bu da onun şəhər mərkəzində olmasından və ona daha çox diqqətin ayrılmasından irəli gəlir. Bu evin b1111tikilməsinə ümumilikdə 48.000 ədəd butulka sərf olunub.
Hüseyn Cavid küçəsi ilə Qəmbər Hüseynli küçəsinin kəsişməsində yerləşən bu maraqlı ev 1966-67-ci illərdə İbrahim Cəfərov tərəfindən qardaşı Yusif Cəfərovun xatirəsinə tikilib. O, ümid edib ki, 26 yaşında əsgər gedən və geri qayıtmayan Yusif bir gün bu evin sorağını eşidəcək və geri dönəcək. Ancaq illər keçsə də qardaşından səs-soraq gəlməyib. Elə bu səbəbdəndir ki, butulkalı ev zəhmətdən, tarixin vbbizlərindən başqa bir insanın ağrı-acısını, dərdini, nisgilini də özündə əks etdirir.

Məhəbbət Cəfərova– ev sahibi: “Butulkaları qayınatam toylardan alıb gətirirdi. Sovetin vaxtında birini 10,5 qəpiyə alıb. Daşlar da dəniz daşlarıdır, Soçidən gətirilib. Bunun üçün tez-tez Soçiyə gedirdi. Bir dəfə də tutmaq istəyiblər ki, görəsən hər dəfə nə gətirir. Ancaq çemodanı açanda görüblər ki, hamısı daşlardı”.

Şampan, limonad butulkaları, yod və müxtəlif dərman qablarından, bəzəkli daşlardan b2istifadə edilərək tikilən evin bir neçə yerində kiril əlifbası ilə Gəncə sözünün yazılması da maraqlıdır. Həmin dövrdə Gəncə Kirovabad adlanırdı və heç kim şəhərə Gəncə deməyə cürət etmirdi. Ancaq İbrahim Cəfərov Sovet rejimindən qorxmayaraq, cəsarətlə b3Gəncə adını evin üzərinə həkk edə bilib. Bundan əlavə evin tavanında həm özünün, həm də xatirəsinə böyük zəhmət verərək ev tikdiyi qardaşının rəsmi yer alıb. Evin arxa tərəfində isə rusca “Vətənin naməlum əsgərinə eşq olsun!” yazılıb. Evə baxdıqca insan düşünür ki, həqiqətən də əzab, mənəvi sarsıntılar insanı gücləndirir. Əks halda yalnız bir il ərzində belə sənət nümunəsi ərsəyə gətirmək mümkün olmazdı.

Məhəbbət Cəfərova– ev sahibi: “Evi satmaram, o mənim qayınatamın yadigarıdır. O, b5bu evə çox əziyyət çəkib, mən görmüşəm onun əziyyətlərini. O daşları əvvəlcə yuyurdu, sonra qurudub elə tikirdi. Qışda, qarda evin qarşısındakı daşları əllərini isidə-isidə hörürdü. Sovetin vaxtında da turistlər gəlirdi. Evdə çoxlu albomlar var, bu ev kitaba da düşüb. Türkiyə, Ukrayna, Amerika, Almaniyadan, dünyanın bir çox ölkəsindən gəlib çəkiblər”.

Qeyd edək ki, İbrahim Cəfərov evin yerləşdiyi küçədə də divarlara xırda və rəngli daşlardanb8 bəzək vurub. Butalı naxışlar illərdir ki, o küçədə sahibindən yadigar qalıb. Gəncə şəhər Mədəniyyət və Turizm idarəsindən isə bildirilir ki, Gəncədə belə tikililərin olması şəhərə gələn qonaqlar tərəfindən maraqla qaşılanır.

Bəxtiyar Muradov– Gəncə şəhər Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi: “Qəribə evlər həm şəhər əhalisinin, həm də şəhərə gələn b10qonaqların, turistlərin diqqətini çəkir. Bu evlərdə görülən işlər, dokorasiya, orada istifadə edilən materiallar, onların quruluşu, istər gündüz, istirsə də gecə işıqlandırması qonaqlara maraqlı gəlir. Bütün bunlar şəhərin qədim memarlıq şəhəri olmasına dəlalət edir”.

Bu evlərdə min bir xatirə və alın təri həkk olunub. Mənəvi dəyəri yüksək və illərin yadigarı c7olan maraqlı evləri qorumaq ilk növbədə sahiblərinin, sonra dai2 bizlərin borcudur. Ən azından ona görə ki, şəhərə gələn qonaqların Gəncə ilə bağlı xatirələrində bu evlər də yer alacaq…b7

Ruhəngiz Hacıyeva

 

 

Umumi Kateqoriya: | , , , , , , , , , ilə etiketləndi | 3 Şərh

Əlilliyi olan Fatmanın həyat əzmi…

Əlilliyi olan insanlara münasibət cəmiyyətin aynasıdır. Belə insanların cəmiyyətə inteqrasiyası üçün müəyyən çətinliklər mövcud olsa da, bu çətinliyi iradəsinin gücü ilə keçə bilən insanlarımız da var. Əlilliyi olan Fatma Babayevanın qarşısındakı əngəllərə baxmayaraq öz ayaqları üzərində durmağı necə bacardığına nəzər salaq.

Yaqubovlar ailəsi Fatmanı Gəncədəki uşaq evində tanıyıb. 1999-cu ildə bu ailə iki övladı olmasına baxmayaraq I qrup əlilliyi olan Fatmanı qəyyumluğa götürüb. Ona illərdir analıq edən Yeganə Yaqubova deyir ki, Fatma uşaqlıqdan bacarıqlı olub. Hörgü işlərinə, tikməyə həvəs göstərib. Bunlarla yanaşı təhsil almaqdan da geri qalmayıb.

Yeganə Yaqubova- Fatmanın anası: “Fatma xalçaçılıq, kompyuter kursu, ingilis dili kursu, həm də məktəbə gedirdi. Əvvəllər çox çətin idi. Ancaq sonradan öyrəşdi. Şükür Allaha ki, oxuyub bitirdi, diplomu var. Keçən il biz Quba xalçası toxuyub satdıq. Fatma toxumağı mənə də öyrətdi. Çox əziyyətli işdir”.

Təəssüf ki, bizim Fatma və Yeganə xanımın toxuduğu xalçanı görmək şansımız olmadı. Çünki xalça Amerika vətəndaşına satılıb. Ona görə də rəsmlərinə baxmaqla kifayətlənməli olduq. Xalçanın gözəlliyi, ona sərf edilən əmək rəsmdən də bəlli olurdu. Fatmanın xalçanın ilmələrini, naxışların mənasını həvəslə izah etməsindən bu sənətin onun həyatındakı rolunu anlamaq olur. O, özü də qeyd edir ki, xalça toxumaq həyatının bir hissəsidir.

Fatma Babayeva– I qrup əlilliyi olan şəxs: “Fikirləşdim ki, kompyuter, ingilis dili hərəkətli işdir. Həm də kompyuter üçün getdiyim işdə staj istədilər. Ancaq işləmədən staj yığa bilməzdim. Mən də xalçaçılığa üstünlük verdim. Şal, şərf, papaq, papış, çanta toxuyuram. Elə olub ki, xalçalarımın üçünü birdən alıblar. Hətta mənim dediyim qiymətdən də artıq pul veriblər. Çünki görüblər ki, onu toxumaq necə çətindir. Ancaq çox adam bu əziyyəti bilmir deyə, ucuz satmağımı istəyir”.

Sağlamlığıma qovuşmaq ən böyük arzumdur, – deyir Fatma. Ümidlidir, çünki vaxtı ilə xalçaçılıq sənətinə yiyələnməyi də arzulayıb və nail olub. O, əlilliyi olan digər insanlara da maraqlandığı sənətlə məşğul olmağı məsləhət görür. Bildirir ki, belə insanlar sənət sahibi olduqda, işlədikdə cəmiyyətə daha tez uyğunlaşır.

Fatma Babayeva- I qrup əlilliyi olan şəxs: “Əlil olduqlarına görə çoxlarının hansısa işlə məşğul olmağa həvəsi olmur. Fikirləşirlər ki, işləmək onlara lazım deyil. Onlara məsləhət görərdim ki, öyrənsinlər, çox maraqlıdı. İşləmək onlar üçün çox yaxşı olacaq. Əvvəllər fikirləşirdim ki, ayağım nə vaxt düzələcək. Həmişə fikirləşirdim ki, çətin olacaq, düzəlməyəcək. Ancaq xalça toxuyanda pis heç nə fikirləşə bilmirəm, düşünürəm ki, hər şey yaxşı olacaq”.

Bəzi məğlubiyyətlərin səbəbi, insanların işi yarıda qoyduqlarında, uğura nə qədər yaxın olduqlarını bilməmələridir. Həqiqətən də insan əzmi sayəsində imkanlara məhdudiyyət olmadığını bütün dünyaya sübut etməyə qadirdir.
Fatmanın vaxtı ilə dərs aldığı, yeni dostlar qazandığı Əlil Qadınlar Cəmiyyətinin Gəncə şöbəsinə yollanırıq. Gedərkən onun qoltuqağacları ilə daşlı-kəsəkli yolları necə çətinliklə keçdiyini, ən kiçik maneədə yıxıla biləcəyi düşünürəm. Düşündükcə bir daha anlayıram ki, həqiqətən də güclü olmaq üçün insanın çətinliklə üzləşməsi lazımdır. Yalnız bu çətinliklərdən doğan iradə sayəsində insan həyatda özünəməxsus yer tuta bilər. Belə bir məsəl var: Qaranlıqdan şikayətlənməkdənsə, bir şam yandır! Kursda Fatmanın digər əl işlərini, əlilliyi olan başqa xanımların bacarıqlarını gördükcə, bu insanların həyatın qaranlığına inad olaraq daim şam yandırdıqları aydın olur.

Ülkər Əsgərova- I qrup əlilliyi olan şəxs: “Veb sayt yığmağı öyrənmişəm. Bu günə kimi bir neçə sayt yığmışam. Bəhrəsini də görürəm. Müəyyən çətinliklərim olsa da, öz üzərimdə işləyirəm və çalışıram ki, irəliyə doğru gedim”.

Əfsanə Tağıyeva– II qrup əlilliyi olan şəxs: “Yeni toxuyanda çətinlik çəkirdim, ancaq öyrəndikdən sonra asan gəldi. Əməyimin bəhrəsini də görə bilirəm. Bəzi yerlərdə satışa da çıxarmışıq, alıcılar olur. Ancaq mən istərdim ki, yalnız bir yerdə yox, müxtəlif yerlərdə sata bilək”.

Cəmiyyətin sədri Elmira İsmayılova bildirir ki, qarşıya qoyulan əsas məqsəd bu insanların cəmiyyətə inteqrasiyasını təmin etmək və onları ələbaxımlılıq psixologiyasından uzaqlaşdırmaqdır.

Elmira İsmayılova– Əlil Qadınlar Cəmiyyətinin Gəncə şöbəsinin sədri: “Üzvlərimizlə qürur duyuram. Çünki onlar hər zaman öz üzərlərində işləyirlər. Həyatda öz yerlərini tapa bilirlər. Bəzən elə olur ki, heç bir əlilliyi olmayan insanlar həyatda nə edəcəklərini bilmir və kimdənsə asılı olaraq qalır. Ancaq üzvlərimiz arasında bir çox qızlarımız var ki, onlar artıq özlərinin maliyyə problemlərini həll edə bilir və cəmiyyətə inteqrasiya olunur”.

Qeyd edək ki, hazırda cəmiyyətin 3200 nəfər üzvü var. Onların əksəriyyəti cəmiyyətin nəzdində yaradılan peşə hazırlıq kurslarında müxtəlif sahələr üzrə dərs alırlar. Vaxtlarının səmərəli keçməsi üçün hətta şahmat yarışları da təşkil edirlər.
Toxum torpağa, əlilliyi olan insanlar cəmiyyətə əmanətdir. Bu əmanəti isə yalnız onlara dəstək olmaqla qoruya bilərik.

Ruhəngiz Hacıyeva
(http://www.kepeztv.az/?q=xebeler/əlilliyi-olan-gənc-qızın-həyat-əzmi)

Qadinlar Kateqoriya: | Bir şərh yazın

“Əl çörəyi yox, ər çörəyi yeyəsən!”

n_805694ddca1045_5cc4618bada524b9a2a26941e“Əl çörəyi yox, ər çörəyi yeyəsən!” deyə-deyə kişilərin kölgəsində yaşamağa alışdırırlar qadınları. Bu kölgəyə o qədər güvənirlər ki, həyatda onlar üçün ayrılmış yeri tutmaq yaddan çıxır. O güvəndikləri kölgə döyəndə də, söyəndə də yada düşmür o *yer*ə doğru addımlamaq. Qadın o qədər alışır ki “ər çörəyi”nə, əlinin zəhməti olduğunu unudur. Döyülür, söyülür, ancaq dözür. Dözür, çünki “qardaş yanında, ata evində” yaşamaq minnətindən qorxur. Qorxur, çünki öz əməyi ilə nə isə qazanacağına ümid etmir. Bəlkə də düşünmür…Hər kəsin oxumaq, təhsil almaq, yaxşı iş tapmaq kimi şansı olmaya bilər. Amma hər gün şəxsiyyətinin alçaldılmasına dözməkdənsə, ömründə bir dəfə də olsun özü üçün, mənliyini qorumaq üçün nə isə edə bilər. Həyat heç kimə qazandığını göydən “qızıl zənbil”lə endirib vermir. Hər kəsin olmasa da, çoxlarının qazandığı uğurun yolu alnından axan tərdən, dırnağıyla qazıdığı torpaqdan keçir. Qonşular, qohumlar, onlar, bunlar nə deyər düşüncəsiylə illərlə söyülməyə, döyülməyə dözür bu qadınlar. Dözə-dözə öldürülür bu qadınlar…

Qadinlar Kateqoriya: | , , , , , , ilə etiketləndi | Bir şərh yazın

Ürəklə gülə bilmədiyim filmdən…

“Bəxt üzüyü”…bu filmin adı gələndə bir çoxlarımızın üzündə təbəssüm yaranır. Filmdə əməyi keçən hər kəs  gülüşün içindəki hüznü  izləyiciyə  ustalıqla çatdırıb. Mənim üçün bu filmdəki ən sarsıdıcı səhnə Hüseynin “bu ağacı böyüdüb özümü asacağam” deməsindən sonra qızı Sevincin gecə hər kəs yatdıqdan sonra mişarla ağacı kəsmək istəməsidir. Bu səhnə uşaq qəlbinin nə qədər kədər, nə qədər ağrı daşıdığını göstərir. Gücü çatmasa da ağlaya-ağlaya ağacı kəsib, atasını ölümdən xilas etmək istəyir.
Hüseynin Zırpın intiharından sonra ağlayaraq, qonşularına “onu biz öldürdük” deyib üsyan etməsi, boğularaq yıxılması, ancaq yenə də insanların biganəliyinin bir başqasının ölümünə yol açdığını yanğıyla söyləməsi, müharibə veteranı qonşusuna ayaqlarını kimlər üçün qurban etdiyini xatırlatması…

Bu iki səhnə mənə heç vaxt “Bəxt üzüyü”nə ürəklə gülə bilmək şansını vermir…

Hüseynin monoloqu:

Qonşular, qonşular.

Yoxdular, ölüblər. Bir mən qalmışam, bir də daş hasar.hqdefault
Salam, “hasar müəllim”. Gözlərin aydın olsun. Haqqın ən sadiq qulu bu gün öldürdü özünü, boğdu özünü dəryada. Dözə bilmədi..haqsızlığa, biganəliyə dözə bilmədi. Soyuqluğa dözə bilmədi, dərdini deməyə adam tapmadı, içini yeyə-yeyə…
Daş qəlbli insanları neylərdin , İlahi?
İnsanlar öldürdü onu. İnsanlar arasındakı sərhədlər öldürdü onu, bu daş hasar öldürdü onu. Sən, sən, sən öldürdün onu…
Itirə-itirə gəlirik…biri qeyrətini, namusunu itirir, biri ağlını, biri də bəxtini. Kimlər itirmir axı e. Kim itirmir ki, bu dünyada. Itirə-itirə gəlirik, son günümüzdür ölüm. Bu qədər çirkaba dözmək olmur axı.

-Hüseyn, oglum, üzmə özünü. Sən təmiz adamsan.

Tanrıver dayı, sən bizim uğrumuzda ayaqlarını itirmisən? İtirmisən ki, mən rahat şəraitdə vurum özüm üçün?  Rasim arxayın alverini eləsin? Moşu da gic-gic şeirlər yazsın? Xoşbəxtlik, səadət…ömrü boyu xoşbəxtliyə qafiyə axtarır. Moşu, tapa bilməzsən.
Mənim böyüdüyüm “detdom”u  söküb, yerində Səadət sarayı tikiblər.
Tanrıver dayı, mən bu ağacı böyüdəcəyəm, böyüdəcəyəm. Bir adam ağırlığına davam gətirsin, sonra oradan özümü asacağam…

Ruhəngiz Hacıyeva.

Film Kateqoriya: | , , , , , , ilə etiketləndi | 4 Şərh

Piraye…

Piraye…şeir üzlü Piraye… Roman Nazim Hikmətin sevdiyi Pirayenin adını daşıyan, diş həkimliyində oxuyan istanbullu qızın  diyarbakırlı Haşim ağayla olan sevgisindən və fərqli dünyagörüşünün, bir-birinə zidd düşüncələrin bu sevgini hansı nöqtəyə gətirə biləcəyindən bəhs edir. Bir cümlə kifayətdir, məncə 🙂 Marağınızı çəkirsə, oxuyun, peşman olmayacaqsınız.

Kitabdan seçdiklərim…

* Kim bilir belki bu kadar sevmezdik birbirimizi Canan Tan-Piraye
   Uzaktan seyredemeseydik ruhunu birbirimizin.
   Kim bilir felek ayırmasaydı bizi birbirimizden
   Belki bu kadar yakın olmazdık birbirimize…
(N.Hikmət)

  1. Aşk aranmamalı, kendi-kendine gelip, sahibini bulmalı.
  2. Tanıştığın insanın gözlerine bakacaksın. O gözlerde göreceğin ilk ışığın çekim derecesi tanışıklığın orada kalmasını, ya da gelişerek sürmesini sağlayan en iyi gösterge olacaktır.
  3. Aşık olmak da bir yatkınlık, bir yetenek işi galiba.
  4. Aşk yürek işi! Duygularla sarmalanmış…Beynin güç kazandığı, öne çıktığı yerde yüreğin işleri geri plana düşüyor.
  5. Karşındaki insanı derinlemesine tanımadan ilgi duyabilirsin ona, hatta sevebilirsin de. Ama paylaşımlar çoğaldıkca olumsuz yönler su yüzüne çıkmaya başlar.
  6. Evlilikler kalabalıklar içinde yaşanınca gerçek kimliğini bulamıyor.
  7. Yalnızca içinde yaşanılan zamana ait olmak ne güzel bir şey. Tüm dertlerinden arındırıyor insanı.
  8. Dünyanın tartışmasız en büyük zevki annelik. Yaşamadan bilinmeyecek, tatmadan duyumsanamayacak, tüm tahminlerin ötesinde, insanı bambaşka alemlere taşıyan, Tanrının kadına tanıdığı, onu bu yolla taçlandırdığı, benzeri olmayan, hiç bir şeyle ölçülemez en büyük ödül bu.
  9.  Gönlün hala gerilerde bir noktaya takılı kaldıysa eğer, sevinebileceğin bir gerçeklik duruyor orada.
  10.  Kör bir kuyunun dibine vardıktan sonra yitirilecek hiç bir şeyin kalmadığı bilinci umulmadık güç veriyor insana.
  11.  Gururun ağır bastığı yerde diğer tüm duyguların yerle bir olması kaçınılmaz belki…
Kitab Kateqoriya: | , , , , , , , ilə etiketləndi | Bir şərh yazın

Ruhum, düşüncəm.

Ruhum bədənimin
Tabutunda gizlənib.
İçimdə başqa mən var,
O da ruhda gizlənib.

Deyilməyən sözlərim,
Boğulur ürəyimdə.
Bəzən bir baxış ilə
Doğulur gözlərimdə.

Düşüncəm bir zəncirə
Vurulmuş məhbus olub.
Niyə edam olunmur?
Ehh..Kəndir də dar olub.

Cismim sənindir dünya.
Ya yaşat, ya da öldür!
Amma ruhum, düşüncəm,
Mənimdir, mənim, dünya!

Hacıyeva Ruhəngiz.

Şeir Kateqoriya: | 2 Şərh

Gözlərdəki məhəbbət.

Nə sən məni dindir, nə mən danışım.
Susaq saatlarla, duraq üz-üzə.
Məhəbbət odunda alışım, yanım,
Dönsün daş ürəyim bu oddan közə.

Nə sən qəlbini aç, nə mən söz deyim.
Danışsın gözlərim gözlərin ilə.
Suya dönsün mənim buzlaşmış qəlbim,
Axsın gözlərimdən yaş gilə-gilə.

Oxu gözlərimdən məhəbbətimi.
Gözləmə nə vaxtsa dilə gətirim.
Gözlərim gözünə dikilən zaman
Anla ki, ürəyim sevirəm deyir.

Ruhəngiz Hacıyeva.

Şeir Kateqoriya: | 1 şərh

İstəyirəm…

Tutmaq istəyirəm ulduzların ətəyindən,226301_225625884114633_198902990120256_970380_1255327_n

Anamın əllərindən yapışan uşaqlığım kimi.

Ümidlərimi bir-bir sapa düzüb

Taxmaq istəyirəm ulduzlara,

Təzə gəlinə bəzək verən inci kimi.

Göy üzündə qonaq olub,

Yer üzü üçün darıxmaq istəyirəm,

Anasından ayrı düşən körpələr kimi.

Qeyb olub gecənin dərinliyində,

Susmaq istəyirəm.

Sonsuzadək susmaq…

Ruhəngiz Hacıyeva.

Şeir Kateqoriya: | Bir şərh yazın

“Zəfər tağı”ından seçdiklərim…

Oxuduğum kitablardan qeydlər aparmağı sevdiyimi yazmışdım bir dəfə. O qeydləri həm yazmağı, həm də paylaşmağı sevirəm. Çünki bəzən insanlar hansısa əsəri eşitdikləri bir cümləni sevdiyi üçün oxumaq istəyir .

Zəfər tağı.

Zəfər tağı.

Bu dəfə alman yazıçı Erix Mariya Remarkın “Zəfər tağı” əsərindən seçdiklərimi paylaşacam. Oxuduğum kitablarda mənim üçün ən sevimli iki kişi obrazi var. Biri E.Heminqueyin “Əcəl zəngi” (“Zənglər kimin üçün çalır” kimi də tərcümə olunub əsər, o ad mənə daha xoş gəlir) əsərindəki Robert, biri də “Zəfər tağı”ndakı Ravikdir. 100 eşitməkdənsə, 1 görmək yaxşıdır deyib, əsər haqqında heç nə yazmıram…) Nə isə…keçək mətləbə.

  1. Günəşin daşürəklilərdən xoşu gəlmir, ona görə də onları unudur və axır nəticədə belələri çox yaşayır.
  2. Kim olursan, ol, istəyirsən şair ol, istəyir yarımallah, istəyir də lap axmağın biri, fərqi yoxdur. Hər iki-üç saatdan bir  öz dünyandan qopub ayaqyoluna getməlisən. Heç kim ondan yaxa qurtara bilməz. Təbiət adamı beləcə dolayır. Bir yanda romantik  xəyal dünyası, bir yanda da şirə ifraz edən vəzilər, acından quruldayan qarın.
  3. Adam öləndə matah olur, diri vaxtı heç kim qədrini bilmir.
  4. Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir.
  5. Həyat kiminsə hesabına yaşamaq deməkdir. Biz hamımız bir-birimizdən yeyirik. Ancaq insanda hərdən də olsa, xeyirxahlıq qığılcımı olur, gərək, ona toxunmayasan. Yaşamaq çətinləşəndə, o, köməyə gəlir.
  6. Tənhalıq! –Həyatın əbədi nəqarəti.
  7. Dünyada peşmançılıqdan mənasız şey yoxdur. Onsuz da heç nəyi geri qaytarmaq olmaz. Yoxsa, hamımız müqəddəs olardıq.
  8. Həyat bizə kamillik bəxş eləməyib.Kamilliyin yeri muzeydir.
  9. Mömin adamlar təsadüfi hallarda həqiqətpərəst olurlar. Ən yaxşı xüsusiyyətlər həyasız adamlara verilib, ən dözülməz adamlar isə idealpərəstlərdir.
  10.  Həyatın çox yaxşı qanunu var: heç nə gözləmirsənsə, məyus qalmayacaqsan.
  11.  Məhəbbət qadını ağıllandırır, kişini dayazlaşdırır.
  12.  Öldürənin qazancı nifrət, biganəlik, bir də həyata ehtiram olur.
  13.  Adam yalnız səadətdən doyanda sakitləşir, çünki özgə heç nə istəmir.
  14.  Ümidsizliyin yeganə silahı olan təmkin…
  15.  Uzaqda olmaq yaxşıdır. Qayıdanda  görürsən ki, hər şey dəyişib. Sonra yavaş-yavaş öyrəşirsən.
  16.  Sevən adam möcüzəyə inanmırsa, batıb.
  17.  Müqavimət hissi yeganə şeydir ki, onunla alver etmək olmaz.
  18.  İzaha başlayırsansa, deməli özünü müdafiə edirsən.
  19.  Adamdan üz döndərmiş məhəbbətin özünə qısqanmaq olar, daha onun yönəldiyi adama yox!
  20.  Vətəni satmaq da bunlarda vətənpərvərliyin bir növüdür. Çox partiyalılıq da belədir. Qalib gəlmək üçün partiyalar bir-birini, beləliklə də vətəni satırlar.
  21.  Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq elə ayrılıqdır!
  22.  Faciə 20 il davam edəndə onun komediyaya çevrilmək qorxusu olur. Əsl faciənin ömrü gərək qısa olsun.
  23.  Peşmançılığın da ömrü az olur. Xüsusilə də ortada qazanc olanda.
  24.  Bəzən uşaq kimi hərəkət etmiriksə, demək qocalmışıq.
  25.  -Yer üzünün hansı yeganə canlısıdır ki, həmişə bir-biri ilə çəkişir, vuruşur, bir-birinin qənimi olur?

-Məhəbbət, yaxşılıq, mərhəmət kimi sözləri icad eləyən insan-yer üzünün əşrəfi!

Kitab Kateqoriya: | , , , , , , , , , , , ilə etiketləndi | 1 şərh

İrvinq Stoun – Yaşamaq yanğısı.


    İrvinq Stoun – bir çox bioqrafik əsərlərin müəllifi olan amerikalı yazıçı…Hələ ki, onun əsərlərindən yalnız birini  – “Yaşamaq yanğısı”nı oxumuşam. Bu əsər məhşur holland rəssamı Van Qoqun həyatından bəhs edir.
Çox vaxt oxuduğum kitablardan  sevdiyim cümlələri seçib qeyd dəfərimə yazıram. Hərdən o dəftəri vərəqlədikcə əsərləri yenidən oxumuş kimi oluram. Əsər haqqında  fikirlərimi yox, seçdiyim cümlələri  qeyd edirəm. Maraqlı gəlirsə, oxuyun. Bəyənsəniz, kitabı da oxuyun. Peşman olmazsınız.
753147321. İman gətirənlərə kədər təkcə üz vermir, ümidlə birgə gəlir.

2. Özünü ona görə xoşbəxt hiss edirdi ki, öz bədbəxtliyi barədə bir dəfə də olsun fikirləşmirdi.

3. Kişi olmaq üçün sənə qadın nəfəsi dəyməlidir.

4. Sevgi həyatda əsasdır, insan yalnız məhəbbətdə varlığın səadətini duya bilir.

5. Kim sevir, o yaşayır, kim yaşayırsa, o işləyir, kim işləyirsə, o çörəksiz qalmır.

6. Yer üzündə elə şəhərlər var ki, insan həmişəlik orada uğursuzluğa məhkum olub.

7. Hamı ilə həmişə dost olmaq mümkün deyil, arabir küsmək də lazımdır.

8. Əzablara şikayətsiz olaraq dözməyi bacarmaq-lazım olan yeganə şeydir. Bu mənimsənilməsi vacib olan böyük elmdir, dərsdir, tarixdir, bu həyat probleminin həllidir.

9. Təklik qazamatda olmaq kimi bir şeydir.

10. İnsan müdrikliyə qovuşmaq üçün əvvəlcə hərdən bir gərək axmaq olsun.

11. Ağrıları sınamamış sevmək olmaz.

12. Dəliliyin də öz sevinci var, onu ancaq dəlilər bilər.

van-gogh-self-portrait-arti13. Hər adamın həyatında elə anlar olur ki, o, ayağa qalxmalı, palçığa batmış plaş kimi çırpınıb öz ağrısını, acısını tökməli olur.

14. Sənət havayı əldə edilmir, o sənətkarı yeyir.

15. Ola bilər sənin qəlbində gur alov atəş saçsın, amma qızınmağa gələn olmasın. Keçib gedənlər yalnız borudan azca tüstü çıxdığını görəcək və öz yollarına davam edəcəklər.

16. Özünüzdə qüvvə və cəsarət toplamalısınız ki, doğru hesab etdiklərinizi həyata keçirmək mümkün olsun. Ola bilər ki, bu yolda sizin səhviniz də var, amma hər halda nə etmək istədiyinizi yerinə yetirirsinizsə, bu əsasdır. Siz ağlınızın iradəsinə qulaq asmalısınız, bundan nə çıxacağını qoy Allah özü ayırd etsin. Özünüzə inanın və qorxmayın.

17. Rəssam elə adamdır ki, gözünə görünən şeylərlə həddindən artıq məşğul olur, ona görə də bütün başqa işlərə özündə qüvvə tapa bilmir.

Kitab Kateqoriya: | , , , , , , , ilə etiketləndi | 6 Şərh

Təcavüzcülərin düşüncə ortaqları.

(Şəkil hadisə yerinə aid deyil)

Şəkil şərtidir.

    Xəbər saytlarında bir qadının saunada  iki şəxs tərəfindən təcavüzə uğraması haqqında bir yazı vardı. Hadisənin iyrəncliyi bir yana, insanların bu xəbərə şərhlərini oxuyanda dəhşətə gəldim. Əksəriyyət  bir mənalı olaraq – “yaxşı qızın saunada  nə işi var?, əxlaqsızdı, belələrinə yazığım gəlmir”  kimi fikirlər bildirmişdilər.
    Kimliyindən və  əxlaqi seçimindən asılı olmayaraq heç bir hal qadının təcavüzə uğramasına  bəraət qazandıra bilməz. Sadəcə hadisəni eşitməklə bir başqasına o saat əxlaqsız damğası vurulur. Lap tutaq ki, əxlaqsızdı, hər münasibətdə olduğu adam təcavüz etməlidir ona? Kişilərin mundarlığı qalıb bir kənarda, hər kəs qadının əxlaqını müzakirə edir. Dolayı yolla da təcavüzə haqq qazandırır. Belə çıxır ki, qarşındakı qadın “yüngül” əxlaqlıdırsa, onu zorlaya bilərsən?
    Əksər qadınlar da eyni düşüncənin tərəfdarıdır. Ən dəhşətlisi də budur!

    Ey əxlaq keşikçiləri! Başqa vaxt namusdan, kişilikdən danışanda ağzınıza çullu dovşan sığışmır. Nə oldu, indi bir kişi üçün ən rəzil sayılan bir hərəkətə – təcavüzə  “yaxşı olub, qadın tərbiyəli olsaydı ora getməzdi”  deyirsiniz. Hansı ki, özünüzün də həyatınızda əxlaqsız dediyiniz o qadınlardan kifayət qədər olub. Bəlkə də siz “rahib”siniz, o başqa məsələ…

Ruhəngiz Hacıyeva.

Qadinlar Kateqoriya: | , , , , , , ilə etiketləndi | 2 Şərh

Türk qızıyam..


Mən əzabdan yoğrulmuş   46582_145825222118078_779602_n
bir Türk qızıyam.
Ürəyimdə nifrətim var, kinim var.
Haqsızlığa əyilməyən,
haqqın çalan sazıyam.
Mizrabımda cəsarətim, şanım var.
Ürəyində Vətən boyda dağ daşıyan,
Gözlərində qorxu deyil,
düşməninə kin daşıyan,
Şəhid olan igidinə yaş daşıyan,
Torpağında çaqqal deyil, qurd yaşayan,
Bir ulusun ər qızıyam, Türk qızıyam.
Nə qədər ki, Vətən darda,
Qız-gəlinlər bir yağının ocağında,
Nə qədər ki, anam şəhid məzarında,
Andım olsun! Mən yağıyla barışmaram,
Savaş olsa, mən kənardan
boş-boşuna danışmaram.
Əldə silah, qəlbdə Vətən sevgisiylə,
Ər oğullar, nər oğullar sırasında,
Savaşmaqdan yayınmaram.
Çünki bu yurd anlı-şanlı
Türk yurdudur
Və mən yurdun
Türk qızıyam, Türk qızıyam!


Hacıyeva Ruhəngiz.

Foto Nicat Quluzadəyə məxsusdur!
http://nicatazer.wordpress.com/

Şeir Kateqoriya: | , , , , , , , , ilə etiketləndi | 2 Şərh

    Əvvəla  Blog yazmağa necə başladığım haqqında bir-iki cümlə deyim. Fb-da  şeirlərimi, müxtəlif mövzular haqqında yazdığım yazıları hər zaman paylaşıram. Bir dostum məsləhət gördü ki, blog yaradım və yazılarımı orda paylaşım. Düzü blog haqqında elə də məlumatlı deyildim. Başqa bir dostum da dedi ki, mən səninçün blog yaradaram. Razılaşdım ki, yaxşı, yaratmağı səndən, yazmağı məndən. Sonra fikirləşdim ki, bu “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım”a bənzəyəcək. Yaxşısı budur bütün əziyyətini özüm çəkim. Nə isə, uzun sözün qısası…Wordpress.com da özümə blog yaratdım və “qurtdalaya-qurtdalaya” bir təhər düzəltdim ümumi görünüşü. Amma bilmədiyim çox şey vardı. 5-6 gün öncə  fb-da Etibar Salmanlının “Gəncəli bloggerlər bizimlə əlaqə saxlasın” statusunu görüncə də onların Gəncədə keçirəcəkləri təlimə yazıldım. 
    Təlim 26-27 yanvar  tarixində  keçirildi. Mövzusu  ABA-CEELİ-nin Bakı ofisinin və Media Hüququ İnstitutunun  jurnalistlər, bloqçular, hüquqçular üçün təşkil etdiyi “Media Hüququ” haqqında idi. Təlimçilər hüquqşünas Ələsgər Məmmədli, Gunel Quliyeva, blogger Etibar Salmanlı idi.
    Ələsgər Məmmədli İnsan hüquqları, fikir azadlığı haqqında ətraflı məlumat verdi. İştirakçıların  sual-cavabda  aktiv iştirakı təlimi daha da maraqlı edirdi. 
IMG_9116
    Sonra isə Etibar Salmanlı  Bloqu necə yaratmalı, yaratdıqdan sonra necə yaymalı, bloq postlarını  necə yazmalı kimi sualların cavabını iştirakçılara başa saldı.
IMG_9091
  Təlimçilərin nəyi necə izah etdiklərini çox xırdalamaq istəmirəm. Aydın məsələdir ki, bu insanlar təlim üçün regiona göndərilirlərsə, deməli məlumatları bizə max. şəkildə  çatdıra biləcək potensiala malikdirlər.
    Təlimçilərin səmimiyyəti, mövzuları  axıcılıqla izah etmələri  çox gözəl idi. Müsbət auralarını iştirakçılara ötürə bilirdilər. Bir sözlə, hər şey əla keçdi. Təlimçilərin unutduğu bir şey oldu…Təlimin ilk günü cavablandırdığımız suallar vardı. Hansı ki, təlimin sonunda yenidən onları cavablandırmalı idik. Bu mövzunu necə mənimsədiyimizi yoxlamaq üçün olacaqdı. Amma sonda təkrar sual-cavab olmadı. Elə-belə xatırlatmaq istədim. 🙂
    Hə, birdə …növbəti təlimlərdə nahar üçün acılı kabab sifariş vermiyin. Siz sadə deyin, acı istəyən istiot tökər. Axı, mənim kimi acıya allergiyası olanlar da var. 🙂 
312368_317505181694746_1014619275_n

      Bu da təlimin sonu…
62325_317510015027596_1780028557_n

Tarix: müəllif: Qara qutu... | 4 Şərh

O balaca qız yaşasaydı…

O balaca qız yaşasaydı…

      Hər il Xocalı soyqırımının il dönümündə TV-lərdə o dəhşətli gecənin qurbanları haqqında çəkilən kadrlar göstərilir.Baxarkən insanın qanını dondurur o səhnələr.Gözləri çıxarılmış, qulaqları, burunları kəsilmiş, başının dərisi soyulmuş insanlar.Hər baxdığımda dəhşət bürüyür bütün vücudumu.Düşünürəm, bir insan nə qədər qəddar, nə qədər vicdansız olar ki, düşmən olsa  da qarşısındakına bu qədər əzab verməyi bacara bilər.Amma sonra yenə də düşünürəm ki, axı bu erməni o ermənidir ki, 1918-ci ildə millətimizə divan tutdu.İllər öncə bu dəhşəti babaları necə etmişdisə, nəvələri də 1992-ci ildə uğurla təkrarladı.

1267190217_xocali_4_ushaq_meyiti_b_1_Səbəbini bilmirəm, amma nədənsə o səhnələri hər gördüyümdə “O”-nun haqqında fikirləşirəm.”O” kimdir? Adı nədir? Neçə yaşı var? Bilmirəm.Amma təxmin edirəm.3-4 yaşlı bir qız uşağı.Güllələnmiş vücudu o soyuq gecədə buz kimi donub.Onu hər dəfə xəyalımda canlandırıram.Qıvrım saçlı, qara qaşlı, qara gözlü, pambıq kimi yumşaq balaca əlləri, insanın üzündə təbəssüm yaradan danışığı olub bəlkə də.Bütün uşaqlar kimi gülüb, oynayıb, oyuncağı qırılanda ağlayıb, başını tumarlayanda sevinib.Bütün uşaqlar kimi, bizim kimi o da uşaq olub. Biz böyüdük…o isə yox.Onun əlindən hər şeyini aldılar.Oyuncaqlarını,evini,torpağını, sevdiklərini…Onun uşaqlığını,gəncliyini, qocalığını da əlindən aldılar.Düşünürəm…Bəlkə də bizimlə həmyaşıd olub “o balaca qız”.Kim bilir,o yaşasaydı həkim, müəllim, yazar, bəlkə də qucağı körpəli ana olardı.Amma olmadı.Çünki o balaca olsa da düşmən üçün təhlükə törədirdi.Axı Türkün uşağı da, gənci də, qocası da düşmənin canına vəlvələ salmağa bəs edir.

Yenə xəyalımda bir uşaq canlanır.Gülüşünün səsi hər tərəfə yayılır.Sonra ağlayır o balaca qız.Əlindən alınan uşaqlığına, yaşaya bilmədiyi gəncliyinə ağlayır…Mən isə yenə də o səhnəni fikirləşirəm.Donmuş balaca qız cəsədi.Bir igid onu qucağına alır, ağlayır, Allahım deyə qışqırır.Sonra onun donmuş cəsədini eyni taleni paylaşdığı insanların yanına qoyur.Beləcə hər şey bitir “o balaca qız” üçün.

Amma illər keçsə də sən mənim xəyalımda canlanacaqsan, balaca qız.Mən böyüdükcə sən də mənimlə bərabər böyüyəcəksən.Ruhun şad olsun qıvrım saçlı, qara qaşlı, qara gözlü balaca qız!

Hacıyeva Ruhəngiz…

 

 

Umumi Kateqoriya: | , , , , , , , ilə etiketləndi | Bir şərh yazın

Daş-qalaq edilən Sürəyya…

 

Sürəyyanı daş-qalaq etmək.

Soraya Manutchehri 1950-ci ildə  İranda doğulub. 1986-cı il 15 avqustda əxlaqsızlıq edildiyi iddiasıyla daş-qalaq edilərək öldürülüb. Yalançı şahidlərin ifadəsiylə vəhşicəsinə öldürülən bu qadının günahsız olduğunu bir çoxları bilir. Ancaq ərinin və ona yaxın bir neçə insanın, eyni zamanda kəndin mollasının (şah rejimi zamanında  uşaqbazlıq üstündə həbsə atılmışdı)  şahidliyi insanlıqdan kənar bu hadisəni qaçılmaz edir. Rəcmdən bir gün sonra kəndə gələn fransız əsilli iranlı  jurnalist Freidoune Sahebjamın  sayəsində  Sürəyyanın yaşadıqlarını bütün dünya bilir. Belə ki, Sürəyyanın qohumu  Zəhra hadisəni olduğu kimi ona danışır. O da 1994-cü ildə  “The Stoning of Soraya M.”  – “Sürəyyanı daş-qalaq etmək” adlı kitab çıxarır.  2008-ci ildə isə eyni adlı film çəkilir.
Bu əhvalatdan  xəbərsiz olanlar da artıq filmin adından nədən bəhs edildiyini anlayır. İnsanı daş-qalaq edərək öldürməkdən… Filmdə qadınların insan sayılmadığı , onların heç bir söz haqqının olmadığı cəmiyyətdə şəhvəti uğruna bir insanın ölümünə belə razı olan insanların din adı altında nələr etdikləri göstərilir. Bəzi müsəlman ölkələrində zina edənlər (evli olmadığı birisiylə cinsi əlaqəyə girmək)  rəcm edilərək  (daşlanaraq) öldürülür. Quranda bununla baglı bir ayənin olmadığı halda islamı öz məqsədlərinə uygun şəkildə anlayan insanların vəhşilikləridir bu. O insanların ki, qadınlara gəlincə əxlaq keşikcisi kəsilirlər, özlərinə gəldikdə isə istədikləri qadınla cinsi əlaqəyə girməyi “din”iləşdirib adına “mütə nigahı” deyirlər. Nədir mütə ? Müəyyən pul qarşılığında əvvəlcədən razılaşdırılmış vaxta qədər evli olmaq. Bu şəriətə uyğun(laşdırılmış) fahişəlikdir. Bunun başqa adı yoxdur! Bunlar filmin başlanğıcında deyilən Hafizin misralarında da öz əksini tapib:

Olmayın riyakarlıq edənlərdən
Bir yanda yüksək səslə
Quran oxuyarkən,
Digər yanda əxlaqsızlığını
Gizlətdiyini zənn edənlərdən.

Filmdə izlənməsi həqiqətən də mənəvi güc tələb edən bir səhnə var. Rəcm səhnəsi…Sözlə ifadə etmək çətindir. Ekrandan bu qədər dəhşətli görünən bu səhnəni insanlar həyatda necə izləyir və ən əsası necə əllərinə daş alıb bir insanın əzabla ölməsinə səbəb olurlar? İnsanların içindəki bu nifrət, bu qəzəb, bu vəhşilik nədir belə?  Rejissor bəlkə də bilərəkdən Sürəyyanın daş-qalaq edilməsini hər anına qədər izləyicilərinə çatdırıb. Çünki Sürəyyaya  atılan hər daş  izləyicinin ruhunu yaralayır.
soraya1 Bu gün rəcm edilməsə də  adına “namus üstündə” dedikləri bir sıra səbəblərdən yüzlərlə qadın öldürülür. Bu cinayətlərə haqq qazandıranlar da az deyil. Çünki cəmiyyətdə belə bir fikir formalasıb: Əgər kişi qadını öldürübsə, deməli qadın əxlaqsızliq edib. Əgər qadın kişini öldürübsə, deməli onun həyatında başqa kişi var, yenə də qadın əxlaqsızlıq edib”. Kimin öldürməsindən asılı olmayaraq, cəmiyyətə  əxlaq dərsi  keçənlər həmişə bir “əxlaqlaqsız” tapır…
Filmi izləyin! İzləyin ki, bu dünyaya  niyə  gəldiklərini anlamadan bir heç uğruna  gedən qadınlardan birinin – Sürəyyanın hekayəsini siz də biləsiniz.

 

(Bu şəkil Sürəyyanın 9 yaşında çəkilmiş və özündən sonra qalan yeganə şəklidir. )
51

 

Qadinlar Kateqoriya: | , , , , , , , , ilə etiketləndi | 5 Şərh

İsgəndəriyyəli Hipatiya…

Fəlsəfədə qadınlar və İsgəndəriyyəli Hipatiya. 

Niyə qadın filosof yoxdur?  Bu sual qadın və kişi arasında gedən “qısır” mübahisənin nəticəsində yaranır. Qısır deyirəm, ona görə ki, mübahisələrin nəticəsi heç nə doğurmur… Məntiqlə düşünən insan anlayar ki, ağıl və fəlsəfə cinsiyyət məsələsi deyil.    Fəlsəfə deyəndə ilk öncə ağlımıza Platon, Sokrat, Kant, Dekart və s.  kimi adlar gəlir. Bu sırada qadın adının yada düşməməsi normaldır. Günümüzdə belə “qadın azadlığı”, “gender bərabərliyi”, “qadın zorakılığı” kimi ifadələr varsa, əsrlər öncə vəziyyətin necə olduğunu təsəvvür etmək o qədər də çətin olmur. Filosofların qadınlar haqqındakı bəzi fikirlərini yada salmaq istəyirəm.    Platon: “Kişilərin bu dünyada etdikləri bütün pisliklərin və rəzilliklərin günahkarı qadındır”. Sokrat: “Yer üzündə qadın qədər fitnə-fəsad maddəsi törədən ikinci bir şey yoxdur.Qadın zəhərli bir ağaca bənzər. Xaricdən gözəl görünər,ancaq meyvəsini yeyən hər məxluq dərhal ölər.” Şopenhauer: “Kişilərdə zəkanın inkişafı 28 yaşında öz kamil həddini tapır. Qadınlarda isə 18 yaşdan sonra nə ağıl, nə də fikir inkişaf etmir”…    Qadın haqqında “Manu”da belə deyilir: Qadınların murdar təmayülləri vardır.Qadınların təbiəti zəif, əxlaqları pisdir. Onlar gecə-gündüz nəzarət altında olmalıdırlar.     Fəlsəfə tarixinə adını yazdırmış bu insanların  belə düşündüyü bir dünyada  “niyə filosof qadın yoxdur” demək nə qədər doğrudur?     Hypatia, Aragona, Teresa von Avila, Moderata Fonte, Lucretia Marinella, Yeporin,  Dorothea Schlözer , Sophie Germain, Claire Demar, Flora Tristan və s. Bunlar adlarını xatırladığım bəzi filosof qadınlardır.      Bu siyahıda ən diqqət çəkəni isə Hipatiyadır. Onun özəlliyi fəlsəfədə ilk qadın olaraq tanınmasındadır.

İsgəndəriyyəli Hipatiya…

602_498462096854387_1653757937_aHipatiya  (370-415) fəlsəfə tarixində  ilk qadın olaraq tanınır. Qadınların heç bir hüquqa sahib olmadığı bir dövrdə fəlsəfə , riyaziyyat, astranomiya kimi elmləri Universitetdə özü yaşda, hətta özündən də böyük “kişi”lərə tədris edən, gözəlliyi, ağlı ilə daima diqqət mərkəzində olan, siyasətdə belə sözü keçən bir qadın olub. O, dövrünün tanınmış riyaziyyatçısı və filosofu olan Teonun qızıdır. Teonun birgə işlədiyi insanlar arasında ona ən yaxın olanı da məhz qızı olub.     Həmin dövrdə İsgəndəriyyədə xristianlar  paqanlara, yəhudilərə qarşı mübarizəyə başlayırlar. Bu mübarizənin ən amansız dövrü  Kirillin zamanında başlayır. Belə ki, Kirill Yepiskop vəzifəsinə yiyələndikdən sonra qeyri-xristianlarla amansız mübarizə aparır. Tabe olanlar üstünlük təşkil etsə də, əvvəlki inancından vaz keçməyənlər də olmuşdur. Onlardan biri də xristianlığı qəbul etməyərək paqan olmaqda davam edən Hipatiya idi.     Nüfuzu Konstantinopola, Suriyaya gedib çıxan  bu “tanrısız”  qadının tələbələri adlı-sanlı ailələrdən olmaqla yanaşı, həm imperatorluqda, həm də kilsə xidmətlərində yüksək vəzifəyə sahib olmuşdular. Bu da şübhəsiz Kirilli və onun tərəfdaşlarını narahat edirdi. Ona görə də əhali arasında onun cadugərliklə məşğul olduğu fikrini yayır. Bu isə Hipatiyanın vəhşicəsinə öldürülməsi ilə nəticələnir.     415-ci ilin mart ayında Hipatiya evinə gedərkən Kirillin adamları tərəfindən tutulur və onun kilsəsinə gətirilir. Burada o, daşlanaraq öldürülür, tikələri İsgəndəriyyənin küçələrində sürüklənərək yandırılır.    Hipatiya haqqında 1720-ci ildə tarixi məqalə yazan Con Toland belə deyib: “Kişilər gözəllik və zəkanın vücuda gəlmiş halını öldürdükləri üçün sonsuza qədər utanacaqlar.”     İndi deyə bilərikmi filosof qadın olmayıb? Filosof qadın olub, amma onları tanıdacaq qədər ədalətli mühit olmayıb…
Qeyd:  2009-cu ildə Hipatiyanın həyatından bəhs edən  “Agora” adlı film də çəkilib.

Ruhəngiz Hacıyeva.

Qadinlar Kateqoriya: | , , , , , , , , , ilə etiketləndi | 2 Şərh