Gözlərdəki məhəbbət.

Nə sən məni dindir, nə mən danışım.
Susaq saatlarla, duraq üz-üzə.
Məhəbbət odunda alışım, yanım,
Dönsün daş ürəyim bu oddan közə.

Nə sən qəlbini aç, nə mən söz deyim.
Danışsın gözlərim gözlərin ilə.
Suya dönsün mənim buzlaşmış qəlbim,
Axsın gözlərimdən yaş gilə-gilə.

Oxu gözlərimdən məhəbbətimi.
Gözləmə nə vaxtsa dilə gətirim.
Gözlərim gözünə dikilən zaman
Anla ki, ürəyim sevirəm deyir.

Ruhəngiz Hacıyeva.

Bu yazı Şeir kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Gözlərdəki məhəbbət. üçün cavab

Bir şərh yazın